• çərşənbə, 24 Aprel, 01:06
  • Baku Bakı 14°C

Azərbaycan Andorrada keçirilən incəsənət festivalında təmsil olunub

22.07.18 12:30 524
Azərbaycan Andorrada keçirilən incəsənət festivalında təmsil olunub
9-21 iyul tarixlərində AndoraKnyazlığınınOrdino şəhərində "Planet üçün rənglər" 6-cı incəsənət festivalı keçirilib.
"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, festivalda Azərbaycanı Fransada Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə azərbaycanlı rəssam Mehri Quliyeva təmsil edib.
YUNESKO-nun strateji mövzuları olan müxtəlifliyin inkişafı, sülh və mədəniyyətlərarası dialoq mövzusuna həsr edilmiş builki festival zamanı ərsəyə gətirilmiş əl işlərindən ibarət sərginin açılışında Andoranın baş naziri Antoni Marti, xarici işlər naziri Maria Ubach, Mədəniyyət naziri Olga Gelabert, Təhsil naziri Eric Jover, YUNESKO-nun xoşməramlı səfiri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının vitse-prezidenti Hedva Ser və digər şəxslər iştirak ediblər.
Andorra incəsənət festivalında iştirak edən rəssamlar, YUNESKO-nun dəyərlərini dəstəkləməklə yanaşıBMT-nin 2015-2030-cu illər üçün davamlı inkişafı programının 17 hədəfli məqsədlərini əl işlərində əks etdiriblər.
Müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşən Andorra Knyazlığında beş qitərən olan rəssamların iştirak etdiyi bu festivalda azərbaycanlı rəssamın sülh naminə dialoqun inkişafına həsr etdiyi əl işləri böyük maraqla qarşılanıb. Azərbaycanlı rəssam Mehri Quliyeva müxtəlif rəsm atelyelərində çalışıb və Fransada bir sıra rəsm sərgilərinin iştirakçısı və qalibidir.
Sərgi iyulun 29-na kimi davam edəcək.
banner

Oxşar Xəbərlər