• cümə, 19 Aprel, 17:51
  • Baku Bakı 25°C

Azərbaycan alternativ enerji hesabına 1 mlrd. kubmetrdən çox qaza qənaət edəcək

18.10.16 13:46 1125
Azərbaycan alternativ enerji hesabına 1 mlrd. kubmetrdən çox qaza qənaət edəcək
2020-ci ilə qədər Azərbaycanda həyata keçiriləcək alternativ və bərpa olunan enerji mənbələri layihələri hesabına 1,1 mlrd. kubmetr təbii qazın qənaətinə nail olmaq mümkün olacaq.
"APA-Economics" xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bu gün Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün enerji" VII beynəlxalq forumunda çıxışı zamanı bildirib.
"Bu, Azərbaycanda ÜDM-in 7,9% artmasına səbəb olacaq", - deyə sədr müavini qeyd edib.
C. Məlikov bildirib ki, 2005-2015-ci illərdə alternativ enerji sahəsinə 987,4 mln. manat vəsait yatırılıb ki, onun 83%-i dövlət, 17%-i isə özəl sektorun hesabına əldə olunub.
banner

Oxşar Xəbərlər