• cümə, 29 Mart, 16:59
  • Baku Bakı 14°C

Azərbaycan alpinistlərinin tarixi Himalay ekspedisiyası başladı

03.06.13 10:23 2146
Azərbaycan alpinistlərinin tarixi Himalay ekspedisiyası başladı
Alpinizm üzrə Azərbaycan milli komandasının üzvləri Pakistana yola düşürlər. Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, komandamızın məqsədi Nanqa Parbat zirvəsini(8125 m.) fəth etməkdir. Buna qədər idmançılarımız müxtəlif beynəlxalq ekspedisiyaların tərkibində altı dəfə Himalaya yürüşlər etmişdirlər.
Bu, Himalayda milli ekspedisiyamız üçün ilk təcrübədir.
Komandaya, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı, federasiyanın üzvləri İsmayıl Əsgərov və Rüfət Qocayev daxildir.
Komandamız Diamerskoy divarı üzrə Kinşofer marşrutunu dəf etmək niyyətindədir.
Ekspedisiya Heydər Əliyevin 90 illiyinə həsr olunur.
Parallel olaraq idmançılarımızla yanaşı, Ukrayna, Rusiya, Polşa, Gürcüstan komandaları da Nanqa Parbata ekspedisiya edəcəklər.
Nanqa Parbat(8125 m.) – dünyada hündürlüyünə görə doqquzuncu zirvədir. Pakistan ərazisində yerləşən bu dağ Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir. Bu dağ alpinistlər üçün ən sərt dağlardan biri hesab edilir. Belə ki, sözügedən dağ uzun müddət, hündürlüyü səkkiz min metrdən çox olan zirvələr arasında dünya üzrə "ölüm reytinqlərində” birinci idi. Everest, K2 və Annapurnoy dağları ilə yanaşı, Nanqa Parbat onun ətəklərində həlak olan alpinist sayına görə liderdir və buna görə "qatil dağ” adlandırılır.
Nanqa Parbat – 2000 kilometr uzunluğu olan əymə Himalayın dağ silsiləsinin qərb qurtaracağının nəhəng massividir, Pakistanın İnd döngəsində yerləşir. Öz çoxsaylı "daraqlarla”, sallaq buzlaq və qayalıq qalalarla, 5000 metrlik divarı ilə öz qonşuları üzərində 1000 m artıq ucalır.
Dağ çox dəhşətli təsir bağışlayır. Balti tayfası onu Diamir (Dağların kralı) adlandırır, lakin o, daha çox Nanqa-Parbat kimi tanınır, sanskrit dilində "dəhşətli çılpaq dağ” deməkdir.
Nanqa Parbat - 8126 m.
Qarşısında zirvəsi - 7910 metr.
Şimali zirvəsi I - 7816 m.
Şimali zirvəsi II - 7785 m.
Gümüş qolu - 7597 m.
Şimal-şərq zirvəsi - 7530 metr.
Arayış:
Dünyada dəniz səviyyəsindən hündürlüyü səkkiz min metr yüksək olan 14 zirvə var. Bunlardan 10-u Himalayda (Nepal, Hindistan, Çin Tibeti) yerləşir, 4-ü isə qərbdən yanaşan Karakorumda(Pakistan, Çin).
Azərbaycanın alpinizm tarixində Himalaya 6 dəfə yürüş cəhdləri edilmişdir. Bunlardan 4-ü uğurlu olmuşdur – 2003, 2007, 2011 və 2013-cü illərdə. Altı il fərqlə planetin ən yüksək nöqtəsini İsrafil Aşurlı və Murad Aşurlı fəth etmişlər.
Beynəlxalq ekspedisiyaların tərkibində Himalay dağlarına Azərbaycan alpinistlərinin ekspedisiya xronikaları:
Everest (8848m.)
1999 - Saridan Mursaqulov
2007 - İsrafil Aşurlı
2011 - İsmayıl Əsgərov
2013 - Murad Aşırlı
Kançencanqa (8586m.)
2011 - İsrafil Aşurlı
Parilapçe (6013 m.)
2003 - İsrafil Aşurlu
banner

Oxşar Xəbərlər