• cümə, 19 Aprel, 22:09
  • Baku Bakı 24°C

Azərbaycan alpinistləri Tyan-Şan zirvələrini fəth etməyə hazırlaşırlar

29.07.13 09:58 2360
Azərbaycan alpinistləri Tyan-Şan zirvələrini fəth etməyə hazırlaşırlar
Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, verilən məlumata görə, ötən həftənin sonunda Azərbaycan alpinistləri Sirxan Məmmədov və Firuz Dadaşov Bişkekə (Qazaxıstan) yola düşüblər. Daha sonra onlar helikopterla Cənub İnılçek buzlaqda yerləşən baza düşərgəsinə çatdırılıb. Avqustun sonunadək alpinistlərimiz "Xan Tenqri” və "Qələbə” piklərinə yürüş etməyi planlaşdırırlar.
Sirxan Məmmədov və Firuz Dadaşov – Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə 2010, 2011 və 2012-ci illərdə aktivində uğurlu yürüşlər olan milli komandanın üzvləridir. Qarşıdakı sözügedən zirvələr fəth olunduğu halda idmançılarımız "Snejniy Bars” (Qar bəbiri) tituluna sahib olacaqlar. Bu titulun sahibi olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır. Bu zirvələr – "Xan Tenqri”(7010 m.), "Qələbə”(7439 m.), "Lenin”(7134 m.), "Korjenevskaya”(7105 m.), "Kommunizm”dir (7495 m.). "Qar bəbiri" adına, yarıməsrlik tarixi ərzində 621 alpinist layiq görülüb. Qeyd edək ki, bu titula Azərbaycanın tarixində ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülüb.
banner

Oxşar Xəbərlər