• cümə axşamı, 28 mart, 20:19
  • Baku Bakı 13°C

Azərbaycan Almaniyaya emal edilmiş quru xurma ixrac etmək niyyətindədir

08.06.19 17:15 564
Azərbaycan Almaniyaya emal edilmiş quru xurma ixrac etmək niyyətindədir
"Ümid edirəm ki,2019-2020-ci illərdə Almaniyaya təqribən2 mln.ABŞ dolları məbləğindəquru xurma ixrac edə bilərik”.
Bu barədə "Report”a açıqlamasında Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədriQadir Yusifovməlumat verib.
O bildirib ki, Almaniya xurma alıcısı olaraq dünyada Rusiyadan sonra ikinci sırada qərarlaşıb.
Assosiasiya sədri vurğulayıb ki, hazırda Azərbaycan emal edilmiş quru xurmanı Rusiyaya,Avropa İttifaqıölkələrinə, həmçinin Baltikyanı ölkələrə ixrac edir.
Q.Yusifov əlavə edib ki, quru xurmanın ixracında ötən illə müqayisədə30%-lik artım müşahidə edilib: "Ötən il təqribən400-500min ABŞ dolları həcmində quru xurma ixrac etmişik”.
Xatırladaq ki, Azərbaycanda xurma əsasən Göyçay, Balakən, Ağcabədi və Gəncədə yetişdirilir. Balakən və Göyçayda yarıqurudulmuş və qurudulmuş xurma istehsalı üzrə yeni müəssisələr yaradılıb.
banner

Oxşar Xəbərlər