• cümə axşamı, 28 mart, 20:37
  • Baku Bakı 13°C

Azərbaycan - Almaniya: Biletlər satışa çıxarıldı

01.02.17 14:25 3262
Azərbaycan - Almaniya: Biletlər satışa çıxarıldı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.
Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, biletləri "28 Mall" Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun "Sahil" stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və "Park Bulvar" ticarət mərkəzində əldə etmək mümkündür.
Həmçinin biletlərin onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Biletlərin qiyməti:
VIP – 50 AZN
1-ci kateqoriya – 19 AZN
2-ci kateqoriya – 14 AZN
3-cü kateqoriya – 9 AZN
4-cü kateqoriya – 5 AZN
5-ci kateqoriya – 2 AZN



banner

Oxşar Xəbərlər