• cümə axşamı, 25 aprel, 01:17
  • Baku Bakı 19°C

Azərbaycan alimləri yeni pambıq sortu əldə etdilər

22.01.14 12:59 3686
Azərbaycan alimləri yeni pambıq sortu əldə etdilər
Bu sort qiymətli təsərrüfat xüsusiyyətlərinə və lifin keyfiyyətinə görə yüksək standartlara cavab verir.
İnstitutdan deyilib ki, yeni sort əldə edilərkən o, hazırda əkilən sortla müqayisə edilir. Yeni sort əvvəlkindən üstün olduğu halda rayonlaşdırılır.
Yeni sort əldə edilərkən Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası tərəfindən yoxlamalar aparılır. Komissiya tərəfindən həmin məhsulların keyfiyyətinin yüksək olduğu təsdiqləndikdən sonra fermerlərin həmin sortları əkməsinə icazə verilir.
Bununla yanaşı, institut tərəfindən tut ipəkqurdunun 2 cinsi və 2 hibridi də rayonlaşdırılıb.
banner

Oxşar Xəbərlər