• cümə axşamı, 25 aprel, 14:52
  • Baku Bakı 23°C

Azərbaycan ABŞ-la birgə traktor istahsal edə bilər

08.05.14 12:58 1611
Azərbaycan ABŞ-la birgə traktor istahsal edə bilər
Bu barədə cümə axşamı Trend-ə zavod direktorunun marketinq və servis üzrə müavini Konstantin Barabanov bildirib.
Onun sözlərinə görə, söhbət "Challenger", "Fendt", "Massey Ferguson" və "Valtra" brendlərindən gedir: "AGCO kənd təsərrüfatı texnikasının və ehtiyat hissələrinin yüksək beynəlxalq standartlara uyğun istehsalı sahəsində hamı tərəfindən tanınan liderdir. Hazırda bu şirkət ilə Azərbaycanda istehsalın təşkil edilməsi imkanları üzrə danışıqlar aparılır".
Barabanov qeyd edib ki, Gəncə avtomobil zavodu keyfiyyətə, innovasiyalara və istehlakçıların artan tələbatının təmin edilməsinə böyük diqqət ayırır. Bununla yanaşı, müəssisə bütün respublika ərazisində servis mərkəzlərinin şaxələnmiş şəbəkəsinə malikdir. Öz növbəsində, müasir avadanlıq və texnikanın tətbiqi kənd təsərrüfatının inkişafına və istehlakçıların lazımi kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına müsbət təsir edir.
Qeyd edək ki, hazırda Gəncə avtomobil zavodunda Minsk traktor zavodunun traktorları və Minsk avtomobil zavodunun avtomobilləri yığılır.
banner

Oxşar Xəbərlər