• cümə, 19 Aprel, 02:53
  • Baku Bakı 18°C

Azərbaycan ABŞ-da keçirilən sərgidə təmsil olunub

20.03.18 09:45 831
Azərbaycan ABŞ-da keçirilən sərgidə təmsil olunub
ABŞ paytaxtında yerləşən Corctaun Universitetində Azərbaycan mədəniyyəti təmsil olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindənAPA-ya verilən məlumata görə, martın 17-də dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Corctaun Universitetində Xarici Xidmət fakültəsinin təşkilatçılığı ilə magistratura pilləsində təhsil alan tələbələr üçün "Mədəniyyət axşamı” adlı sərgi keçirilib.

30 ölkənin təmsil olunduğu sərgidə xarici ölkə vətəndaşları ilə yanaşı ABŞ-ın müxtəlif ştatlarından olan və Corctaun Universitetində təhsil alan tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin dəstəyi ilə sözügedən tədbirdə ölkəmizin stendi qurulub, Azərbaycan mədəniyyəti haqqında müvafiq çap materialları və suvenirlər təqdim olunub. Sərginin Novruz bayramı ərəfəsində keçirildiyini nəzərə alaraq, tələbələr Azərbaycan milli şirniyyatlarına qonaq edilib. Sərgidə ölkəmizi həmvətənimiz Türkan Muxtarova təmsil edib.
banner

Oxşar Xəbərlər