• cümə axşamı, 25 aprel, 15:34
  • Baku Bakı 23°C

Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmağı hədəfləyib

29.01.21 18:30 503
Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmağı hədəfləyib
İxracın genişləndirilməsi məqsədilə 120-ə yaxın məhsulun 20-dən çox hədəf bazarına çıxarılması nəzərdə tutulur.
Kaspi.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
Nazir əlavə edib ki, ümumilikdə, 2025-ci ilədək qeyri-neft ixracının həcminin iki dəfə artırılması hədəflənir.
Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13,7 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1,9 mlrd. dollar dəyərində olub.
banner

Oxşar Xəbərlər