AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir

Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir

İqtisadiyyat
11 İyul 2020, 10:08 276
Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir.
Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Arzu Hüseynova deyib.
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas prioriteti COVID-19 pandemiyasından təsirlənən ölkə iqtisadiyyatının bərpası olacaq.
"COVID-19 pandemiyasının təsiri artıq iqtisadiyyatın müxtəlif sahələrində dəyişikliklərə səbəb olduğundan, 2021-ci ildə iqtisadiyyatda informasiya və rabitə texnologiyalarının rolunun artacağını gözləyirik" - A.Hüseynova qeyd edib.
Mütaxəssisin vurğuladığı kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri həm müvafiq dövlət proqramlarında, həm də strateji yol xəritələrində öz əksini tapmışdır. Onun sözlərinə görə, qeyd olunan istiqamətin inkişafı 2021-ci ildə də davam edəcək.
İxtisaslı kadrların hazırlanması mövzusuna toxunan icraçı direktor ölkədə mütəxəssisslərin hazırlanması üçün vaxtaşırı böyük işlərin görüldüyünü söylədi.