• cümə, 29 Mart, 17:26
  • Baku Bakı 14°C

“Azərbaycan 2019-cu ildə də Gürcüstanın əsas təbii qaz tədarükçüsü olacaq”

08.05.18 13:40 613
“Azərbaycan 2019-cu ildə də Gürcüstanın əsas təbii qaz tədarükçüsü olacaq”
"Azərbaycan 2019-cu ildə də Gürcüstanın əsas təbii qaz tədarükçüsü olacaq”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze deyib.
Nazir bildirib ki, 2019-cu ildə Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacını tam ödəyə biləcək.
Qeyd edək ki, bu il Gürcüstan Rusiyadan qaz tədarükündən imtina edib. Gürcüstanın cari il üçün proqnozlaşdırılmış qaz tədarükü 2,689 milyard kubmetr təşkil edir. Həcmin 99,65%-ni Azərbaycanın payına düşür.
banner

Oxşar Xəbərlər