• cümə, 19 Aprel, 16:45
  • Baku Bakı 25°C

Azərbaycan 2014-2024-cü illərdə AÇG-dən 160 mlrd. dollar qazanacaq

08.05.13 15:00 1697
Azərbaycan 2014-2024-cü illərdə AÇG-dən 160 mlrd. dollar qazanacaq
Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan 2014-2024-cü illərdə Azərbaycan 160 mlrd. ABŞ dolları məbləğində gəlir əldə edəcək.
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun tərtib etdiyi proqnozda bildirilir.
Fondun proqnozuna əsasən, əgər dünya bazarında neftin 1 barelinin qiyməti 80 dollar olarsa, 2014-2024-cü illərdə Azərbaycanın AÇG-dən əldə etdiyi ümumi gəlir 122 mlrd. dollar, 90 dollar olarsa - 141 mlrd. dollar, 100 dollar olarsa - 159,7 mlrd. dollar təşkil edəcək.
Neftin 1 barelinin qiyməti 100 dollar olacağı şalda 2014-cü ildə Azərbaycan AÇG-dən 15,9 mlrd. dollar, 2015-ci ildə 15,8 mlrd. dollar, 2016-cı ildə 13,7 mlrd. dollar, 2017-ci ildə 17 mlrd. dollar, 2018-ci ildə 16,7 mlrd. dollar, 2019-cu ildə 17 mlrd. dollar, 2020-ci ildə 16,1 mlrd. dollar, 2021-ci ildə 14,2 mlrd. dollar, 2022-ci ildə 12,5 mlrd. dollar, 2023-cü ildə 10,9 mlrd. dollar, 2024-cü ildə isə 9,9 mlrd. dollar gəlir əldə edəcək.
Xatırladaq ki, AÇG layihəsində BP (operator - 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «INPEX» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%) və «Hess» (2,72%) şirkətləri iştirak edir.
banner

Oxşar Xəbərlər