• cümə axşamı, 25 aprel, 05:11
  • Baku Bakı 19°C

"Azərbaycadakı islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib"

09.06.18 11:23 609
"Azərbaycadakı islahatlar qeyri-neft sektorunun inkişafına yönəlib"
"Bakıda bu cür tədbirlərin həyata keçirilməsi ölkəmizdəki islahatların, xüsusilə iqtisadi islahatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir".
APA-nın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.
S.Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün bütün sahələrdə inkişaf edir və mövcud imkanlarından potensialını reallaşdırmaq üçün istifadə edir: "Bütün bunların başında dövlət başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət durur. Azərbaycadakı islahatlar qeyri-neft sektorunun inkişafına, sosial-iqtisadi bərabərlik, regionların, sahibkarlığın inkişafına yönəlib və bunlar əsas prioritetlərdir. Biznes mühiti və sahibkarlığın inkişafı olmadan iqtisadi inkişafdan danışmaq olmaz. Bu gün Azərbaycan iqtisadiyyatı çətin iqtisadi proseslərə dayanıqlılıq nümayiş etdirir. Son 15 ildə görülən tədbirlər nəticəsində ölkədə minimum əməkhaqqı 14,4 dəfə,əhalinin gəlirləri 9,8 dəfə artıb, yoxsulluq səviyyəsi 5,4 faizə, işsizlik isə 5 faizə enib. Görülən tədbirlər nəticəsində 2018-ci ilin birinci rübünə uyğun olaraq, ölkədə ümum daxili məhsul 1,2 dəfə artıb. Bu gün əsas diqqət ixraca, qeyri-neft ixracına yönəlib. Bu ilin birinci rübünə görə ixrac 16 faiz, qeyri-neft ixracı isə 19,3 faiz artıb", - deyə S.Məmmədov əlavə edib.
banner

Oxşar Xəbərlər