• cümə, 29 Mart, 18:09
  • Baku Bakı 14°C

Azər Şükürov: "Azinterpartlayış-X" MMC seçkilərdə aktiv iştirak edib

11.04.18 16:32 2515
Azər Şükürov: "Azinterpartlayış-X" MMC seçkilərdə aktiv iştirak edib
"Azinterpartlayış-X" MMC-nin baş direktoru Azər Şükürovun Strategiya.az-a verdiyi məlumata görə, səs verdiyi Yasamal rayon 29 saylı seçki məntəqəsində seçicilər hec bir problem olmadan azad şəkildə səsvermədə iştirak edirlər. Azər Şükürovun bildirdiyinə görə, seçkilər yüksək səviyyədə təşkil olunub və heç bir qanun pozuntusundan söhbət gedə bilməz. Baş direktorun verdiyi məlumata görə, şirkətin əməkdaşları da bu gün seçkilərdə aktiv iştirak ediblər. "Mən dağ-mədən mühəndisi olaraq Azərbaycanın gələcəyini İlham Əliyevlə birlikdə görürəm. Qeyri-neft sektorunun, xüsusən də dağ-mədən sənayesinin inkişafı regionda Azərbaycanı pos-neft dövrünün də lider dövləti olaraq öz mövqeyini saxlamasında və həyata keçiriləcək yeni beynəlxalq layihələrin aparıcı qüvvəsi olaraq öz sözünü deməsində böyük rol oynayacaqdır. Biz"Azinterpartlayış-X" MMC olaraq bu layihələrin hazırlanmasında və həyata keçirilməsində cənab prezidentin yanındayıq"-deyib, Azər Şükürov.
banner

Oxşar Xəbərlər