• çərşənbə axşamı, 19 mart, 12:53
  • Baku Bakı 8°C

Azər Paşa Nemətov: "Fuad Poladova dəstək və köməklik göstərəcəyik"

25.09.17 12:50 1951
Azər Paşa Nemətov: "Fuad Poladova dəstək və köməklik göstərəcəyik"
"Həm Teatr Xadimləri İttifaqı, həm də Akademik Milli Dram Teatrı olaraq biz hər zaman istedadlı aktyor kimi Fuad Poladova dəstək olmuşuq. Bu dəstək və köməklik bundan sonra da davam edəcək”.
BunuAPA-ya açıqlamasında Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov deyib.
O bildirib ki, xalq artisti Fuad Poladovun xəstəlik xəbəri teatr ictimaiyyətini təəssüfləndirib: "Bu xəbər bizim hamımızı təəssüfləndirdi, hamımız təsirləndik. Fuad Poladov istedadlı aktyor, bacarıqlı sənətkar kimi hər zaman öz rolları ilə tamaşaçıları sevindirib. O, mənim quruluş verdiyim bir neçə tamaşada çıxış edib, yaddaqalan obrazlar yaradıb. Bizi Fuad Poladovla təkcə teatr sevgisi və həmkar təəssübkeşliyi birləşdirmir. Bizi həm də uzun illərin isti münasibəti bir-birinə bağlayır.
Həm Teatr Xadimləri İttifaqı, həm də Akademik Milli Dram Teatrı olaraqhər zaman istedadlı aktyor kimi Fuad Poladova dəstək olmuşuq. Bu dəstək və köməklik bundan sonra da davam edəcək. İnanıram ki, digər teatrlar da imkan daxilində onun yanında olacaqlar. Xəstəlikdən heç kim sığortalanmayıb. İndi Fuad Poladov bu xəstəliyin ilkin mərhələsindədir. Özü də açıqlamasında bildirmişdi ki, ölkəmizdəki həkimlərə və avadanlıqlara güvənir. İnanıram ki, Fuad Poladov ruhdan düşməyəcək, tez sağalacaq, biz onu yenə də tamaşaçıları ilə bir yerdə görəcəyik. Allah şəfa versin, tamaşaçılarının alqışı, onların gül dəstələri ilə üz-üzə dayansın. İnanıram ki, belə də olacaq”, - deyə, Azər Paşa Nemətov bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti Fuad Poladovdaxərçəng aşkar olunub.
banner

Oxşar Xəbərlər