• cümə axşamı, 18 aprel, 06:08
  • Baku Bakı 12°C

Azər Paşa Nemət yenidən sədr seçildi

23.06.14 13:50 1873
Azər Paşa Nemət yenidən sədr seçildi
Xalq artisti Azər Paşa Nemət yenidən Teatr Xadimləri İttifaqının sədri seçilib. İttifaqın sədr müavini, xalq artisti Rafiq Əliyevin APA-ya verdiyi məlumata görə, bu gün keçirilən Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIII konfransında bir sıra cari məsələlər müzakirə olunub və səsvermə ilə A. Nemət yenidən sədr seçilib.
Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, digər dövlət və hökumət nümayəndələri, xaric ölkələrdən gəlmiş qonaqlar, tanınmış elm və mədəniyyət xadimləri iştirak edib.
Konfransın mandat komissiyasının üzvləri təsdiqləndikdən sonra, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov konfransın sədri seçilib.
Tədbirdə ATXİ-nin sədri, xalq Artisti Azərpaşa Nemətov hesabat məruzəsi ilə çıxış edərək son illər rəhbərlik etdiyi qurum tərəfindən görülmüş işlərdən danışıb.
R. Əliyev əlavə edib ki, sədrlik üçün alternativ namizəd qeydə alınmayıb.
banner

Oxşar Xəbərlər