AZE | RUS | ENG |

Azər Badamov: "Həqiqət əvvəl-axır öz yerini tutur"

Azər Badamov:
Deputat: "Ermənistanda indiyədək keçirilmiş seçkilərin nəticələri reallıqdan kənar olub"

"Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı İlham Əliyevin Ermənistanla bağlı söylədiyi fikirlər işğalçı ölkənin reallıqlarını əks etdirirdi. Dövlət başçısının qeyd etdiyi kimi 20 il ərzində Ermənistanda hakimiyyətdə olan xunta rejimi beynəlxalq diplomatiyasını "konyak diplomatiyası”, rüşvətlə idarə edib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Ermənistanın indiki hakimiyyətinin seçkilərində köhnə xuntanın 5 faiz səs toplaya bilməməsi də məhz bunun bariz nəticəsidir: "Təbii ki, Ermənistanın xunta rejimini idarə edənlər bu 20 il ərzində beynəlxalq qurumlarda rüşvətlə ələ almaq siyasətini həyata keçiriblər. Ona görə də bu 20 il ərzində onları hər zaman dəstəkləyib. Azərbaycan isə hər zaman deyirdi ki, orada demokratiya, insan haqlarına və hüquqlarına hörmət ümumiyyətlə yoxdur. Bu son nəticə də məhz onu göstərdi ki, Azərbaycanın qeyd etdiyi bütün fikirlər həqiqətə uyğundur.

Bu gün Avropa Şurasının, Avropa Parlamentinin Ermənistanı illər ərzində dəstəkləməsi də ikili standartlardan yanaşmasının göstəricisidir. Həqiqət əvvəl-axır öz yerini tutur. Artıq bu günün reallıqları Ermənistanın tarixi keçmişini çox düzgün şəkildə əks etdirdi. Düşünürəm ki, Ermənistanda bu vaxta qədər keçirilmiş hər bir seçki reallıqdan kənar seçkilərdir. Bu heç də sadə ermənilərin iradəsinin ifadəsi olmamışdır. Ona görə də bu gün Ermənistan pis gündədir, iqtisadi böhran yaşayır təcrid olunmuş vəziyyətdədir”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966