• cümə, 29 Mart, 18:16
  • Baku Bakı 14°C

“Azdrama”nın direktoru: Belə təhsil naziri ilə nə edəsən?

14.09.13 12:32 2020
“Azdrama”nın direktoru: Belə təhsil naziri ilə nə edəsən?
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov mətbuata açıqlamasında yeni təhsil naziri Mikayıl Cabbarovu sərt tənqid edib
“Əvvəllər elə bilirdim, keçmiş təhsil naziri Misir Mərdanov hissə qapılıb deyir ki, məktəblərdə teatrlara bilet satışı qadağan olunmalıdır, amma gördüm yox, vəziyyət başqa cürdür. Yeni təhsil naziri məktəb direktorlarını yığıb qəti şəkildə tapşırıb ki, teatrların biletlərini satmayın. Bax, bu təhsil naziri ilə nə edəsən? Deməli, uşaqlar gedib ya vəhhabilərə qoşulmalı, ya internet klublara getməli, ya da gecə barlarına üz tutmalıdırlar. Gəncin yaradıcı enerjisi var, onu hara sərf etməlidir? Orta məktəbin 10-cu 11-ci sinif şagirdləri və tələbələr bizim potensial tamaşaçılarımız olmalıdır” - teatr direktoru deyib.
banner

Oxşar Xəbərlər