azdrama.az-ın təqdimatı olacaq

azdrama.az-ın təqdimatı olacaq

Mədəniyyət
15 Dekabr 2012, 14:43 2109
17 dekabr saat 16.00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – azdrama.az istifadəçilərə təqdim olunacaq. Saytın hazırlanması ilə bağlı işlər artıq yekunlaşıb. Teatrın saytı 2007-ci ilin iyun ayından etibarən fəaliyyət göstərirdi. Amma onun dizaynı və məzmunu qənaətbəxş səviyyədə olmadığından yeni veb-saytın yaradılması zərurəti yarandı. Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənəcək. Cari ilin mart ayında veb-sayt yeni dizaynda, yeni təqdimatda istifadəçilərin ixtiyarına veriləcək. Yeni variantda saytın strukturu, məzmunu və keyfiyyəti prinsipial şəkildə dəyişdirilib.

Yüksək peşəkarlıqla hazırlanmış saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdirilib. Saytda həmçinin video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlar da yerləşdirilib.
Altay