• şənbə, 20 Aprel, 11:57
  • Baku Bakı 14°C

Azay Quliyev Qazaxıstan Parlamentinə təkliflər verib

30.08.16 21:51 897
Azay Quliyev Qazaxıstan Parlamentinə təkliflər verib
Bu gün ATƏT Parlament Assembleyasının vitse-prezidenti Azay Quliyev Qazaxıstanın Parlament Senatının sədri Kassım-Jomart Tokayev və Parlamentin Məclis sədri Nurlan Niqmatulinlə görüşüb.
Trend ATƏT PA-nın saytına istinadən xəbər verir ki, A.Quliyev Qazaxıstan Parlamentinin ATƏT PA-dakı rolunu yüksək qiymətləndirib və təşkilatla Qazaxıstanın ikitərəfli əməkdaşlığı, həmçinin Qazaxıstan nümayəndə heyətinin ATƏT PA və bütün Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsində yaxından iştirakına dair bir sıra təkliflər səsləndirib.
Öz növbəsində, Qazax Parlamentinin hər iki palatasının sədrləri diqqəti ATƏT PA ilə aralarında əməkdaşlığın daha da inkişafı və dərinləşməsi üçün Qazaxıstanın güclü siyasi iradəsi olması faktına yönəldiblər.
Qazax Parlamentinin hər iki Palatasının sədrləri bildiriblər ki, ATƏT PA-nın vitse-prezidenti tərəfindən səsləndirilən fikirlər lazımi qaydada nəzərdən keçiriləcək və müvafiq rəylər Qazaxıstanın ATƏT PA-dakı nümayəndə heyəti tərəfindən təqdim ediləcək.
banner

Oxşar Xəbərlər