Azay Quliyev:

Azay Quliyev: "Azərbaycan ATƏT PA ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir"

Cəmiyyət
18 Aprel 2017, 11:10 274
"Azərbaycan ATƏT Parlament Assambleyası (PA) ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir". Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.

O bildirib ki, bu məqsədlə Milli Məclisin sədri Oqtay Əsədov ATƏT PA-nın sədri Kristine Muttoneni Azərbaycana dəvət edib: "Ümid edirik ki, bu səfər yaxın vaxtlarda gerçəkləşəcək. Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın növbəti görüşü olacaq, orada mən bu dəvəti bir daha xatırladacağam".