• şənbə, 20 Aprel, 15:53
  • Baku Bakı 23°C

Azay Quliyev ATƏT-in iclasında iştirak etmək üçün Kopenhagenə gedir

05.04.19 15:22 548
Azay Quliyev ATƏT-in iclasında iştirak etmək üçün Kopenhagenə gedir
Milli Məclisin deputatı, ATƏT Palament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 6-da Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.
Trend-in məlumatına görə, büronun iclasında Assambleyanın Siyasi məsələlər və təhlükəsizlik; İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunacaq.
İclasda ATƏT PA-nın xüsusi nümayəndələrinin fəaliyyəti və seçki müşahidə missiyalarının hesabatları, Assambleyanın baş katibi Roberto Montellanın mandatının ikinci müddətə uzadılması məsələsinə baxılacaq.
Bununla yanaşı, Büro ATƏT PA-nın cari ilin 4-8 iyul tarixlərində Lüksemburqda baş tutacaq 28-ci illik və 4-6 oktyabr tarixlərində Mərakeşdə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.
A.Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair fikirlərini və təkliflərini bildirəcək.
Səfər aprelin 9-da başa çatacaq.
banner

Oxşar Xəbərlər