• cümə, 19 Aprel, 19:34
  • Baku Bakı 24°C

Azay Quliyev aprel şəhidlərinin ailə üzvləri ilə görüşüb - Fotolar

17.03.17 13:18 1081
Azay Quliyev aprel şəhidlərinin ailə üzvləri ilə görüşüb - Fotolar
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aprel döyüşlərində şəhid olan hərbiçilərimizin Bakı və Sumqayıt şəhərlərində yaşayan ailə üzvləri ilə görüş keçirilib.

Toplantıda çıxış edən Şura sədri, deputatAzay Guliyevölkə prezidenti cənab İlham Əliyevin aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyini və onu tarixi qəhrəmanlıq adlandırdığını deyib. Bu günkigörüşün cənab prezidentin aprel şəhidlərinin əziz xatirələrinin və ailələrinin daim yüksək diqqətdə saxlanılması ilə bağlı tapşırığının Şura olaraq icrası məqsədi ilə keçirildiyini vurğulayıb. Azay Quliyev Ermənistanla atəşkəsin elan olunduğu 23 il ərzində ilk dəfə olaraq işğal altında olan torpaqlarımızın bir qisminin məhz Ali Baş Komandanın əmrlərini böyük qəhrəmanlıqla icra edən ordumuzun, xüsusi ilə aprel şəhidlərinin şücaəti sayəsində düşməndən azad olunduğunu bildirib: "Sizin övladlarınız aprel döyüşlərinin qəhrəmanlarıdır. Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı "uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar. Bu gün yalnız siz deyil, bütün xalqımız aprel şəhidləri ilə qürur duyur”.

Görüşdə çıxış edən Şura üzvü, "Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli dövlətin şəhid ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbiçilərimizin ailələrinə olan dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün atılan addımlardan danışıb və Şuranın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Görüşdə çıxış edən aprel şəhidlərinin valideynləri torpaqlarımızın işğaldan azad olunması üçün hər an vuruşmağa hazır olduqlarını qeyd ediblər. Onlar həmçinin övladlarının adlarının əbədiləşdirilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikirlərini çatdırıblar.

Şura sədri Azay Quliyev qarşıdan gələn Novruz bayramı münasibəti ilə şəhid ailələrini təbrik edib, onlara hər zaman diqqət göstərilməsinin vəzifə borcları olduğunu deyib və görüşdə səsləndirilən təkliflərin araşdırılması və aidiyyatı qurumlara təqdim olunması üçün müvafiq addımların atılacağını bildirib.




banner

Oxşar Xəbərlər