• cümə axşamı, 25 aprel, 18:58
  • Baku Bakı 21°C

Azarkeşlər “Xəzər Lənkəran“ı xərcə saldılar

22.10.13 13:44 1269
Azarkeşlər “Xəzər Lənkəran“ı xərcə saldılar
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Premyer Liqanın X turu çərçivəsində keçirilmiş oyunlarla bağlı qərarlar qəbul olunub.
Oktyabrın 19-da Premyer Liqanın X turunun "İnter" - "Qəbələ" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Neftçi" - "Rəvan" matçında "Rəvan" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
"Simurq" - "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 73-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Matçın 79-cu dəqiqəsində "Simurq" klubunun 20 №-li futbolçusu İdan Vietzman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
banner

Oxşar Xəbərlər