• cümə axşamı, 25 aprel, 13:10
  • Baku Bakı 23°C

Azarkeşlər VAR-a qarşı mitinq keçirdilər

28.01.19 13:15 542
Azarkeşlər VAR-a qarşı mitinq keçirdilər
İspaniyanın "Valyadolid” klubunun azarkeşləri VAR sisteminin tətbiqindən narazıdırlar.
Kaspi.az xəbər verir ki, "Valyadolid” azarkeşləri bu mövsüm VAR sisteminə görə, xeyli xal itirdiklərini iddia edirlər. Ona görə də, fanatlar "Selta” ilə oyunun ilk iki dəqiqəsində mini-mitinq təşkil ediblər.
Oyun başlayan kimi bütün azarkeşlər əllərində tutduqları qırmızı vərəqləri yuxarı qaldırıblar. Bununla da onlar VAR hakimlərinə etirazlarını bildiriblər. Fanatlar hakimləri fitə də basıblar.
Qarşılaşma "Valyadolid”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda Primerada 13-cü pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər