• cümə axşamı, 25 aprel, 12:13
  • Baku Bakı 23°C

Azarkeşlər tələb etdi, “Fənərbaxça” hollandı qovdu

29.10.18 12:15 571
Azarkeşlər tələb etdi, “Fənərbaxça” hollandı qovdu
Türkiyənin "Fənərbaxça” klubu baş məşqçisi Filipp Koku ilə yollarını ayırıb.
Kaspi.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Türkiyə Super Liqasının 10-cu turunda "Ankaragücü” ilə ev oyunundakı 1:3 hesablı məğlubiyyətdən sonra arenanı demək olar ki, doldurmuş yerli fanatlar, baş məşqçi istefa verməyənə qədər stadionu tərk etməyəcəklərini bəyan ediblər.
Onlar Ərsun Yanal və Yılmaz Vural lehinə şüarlar da səsləndiriblər və Kokunun bu iki məşqçidən biri ilə əvəzlənməsini arzuladıqlarını göstəriblər. Klub rəhbərliyi isə oyun başa çatandan təxminən yarım saat sonra baş məşqçinin istefaya göndərildiyinə dair rəsmi sayt vasitəsilə məlumat yaymaq məcburiyyətində qalıb.
"Fənərbaxça” tərəfdarları yalnız bu xəbəri eşitdikdən sonra sevinc içində arenanı tərk ediblər. Qeyd edək ki, "Fənərbaxça" hazırda Super Liqada 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda Avroliqada da qənaətbəxş nəticələr əldə edə bilməyib. Koku İstanbul klubunu 2018-ci ilin yayından etibarən çalışdırırdı.
banner

Oxşar Xəbərlər