AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azarkeşlər şikayət etdi, həbs olundu

Azarkeşlər şikayət etdi, həbs olundu

İdman
18 Fevral 2020, 13:15 1756
Almaniyanın 3-cü divizionunda keçirilən "Proysen Mnyuster” – "kikkers” qarşılaşmasında insident yaşanıb. 
 
Kaspi.az xəbər verir ki, meydan sahiblərini n fanatlarından biri rəqibin futbolçusu Leroy Kvadvoya qarşı irqçi şüar səsləndirib. Ancaq onun bu hərəkəti digər azarkeşlər tərəfindən sərt etirazla qarşılanıb. Onlar "nasist, rədd ol burdan” deyərək, onu stadiondan qovublar. 
 
Fanatlar bununla da sakitləşməyiblər. Onlar polisə şikayət ediblər. Polis həmin fanatı həbs edib. İndi onu, hərəkətinə görə cərimə və 5 ilə qədər həbs cəzası gözləyir.