• cümə, 29 Mart, 11:20
  • Baku Bakı 5°C

Azarkeşlər dalaşdı, 3 nəfər öldü

19.08.19 11:37 11268
Azarkeşlər dalaşdı, 3 nəfər öldü
Hondurasda azarkeşlər arasında dava düşüb.
Kaspi.az xəbər verir ki, hadisə "Olimpi” – "Motaqua” qarşılaşmasında baş verib. Davanın səbəbkarları isə "Olimpi” fanatları olub.
Onlar rəqib futbolçuların olduğu avtobusu daşa basıblar. Nəticədə 3 nəfər yaralanıb. Buna görə də oyun təxirə salınıb.
Bundan sonra hər iki komandanın fanatları açıq qarşıdurmaya gediblər. Qarşıdurma nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Polis gözyaşardıcı qaz tətbiq etməli olub.
banner

Oxşar Xəbərlər