• şənbə, 20 Aprel, 00:19
  • Baku Bakı 15°C

Azarkeşi döyə-döyə öldürdülər - Video

18.04.17 13:15 1031
Azarkeşi döyə-döyə öldürdülər - Video
Argentinada futbolunda faciəli və dəhşətli hadisə baş verib.

Kaspi.az xəbər verir ki, hadisə "Belqrano” - "Taleres” qarşılaşmasında yaşanıb. Meydan sahiblərinin bir neçə fanatı Emanuel adlı azarkeşə hücum ediblər.

Emanuel aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Məlumata görə, fanatlar onu "Taleres”in tatusuna görə öldürüblər.

Ancaq Emanuelin atası başqa fikirdədir. O, bildirib ki, oğlunun bədənində "Taleras”ın tatusu olmayıb. Sadəcə, həmin fanatlar 5 il əvvəl onun digər oğlunu da öldürüblər.

Emanuel qardaşının qatilini tanıyıb. Bundan sonra həmin şəxslər Emanuelin bədənində "Taleras”ın tatusu olduğunu bildirərək, onu ölənə qədər döyüblər.
Azğın kütlənin əlindən qurtulmağa çalışan azarkeş özünün tribunadan atıb.



banner

Oxşar Xəbərlər