AZE | RUS | ENG |

AZAL təyyarələrində siqaret qadağası

AZAL təyyarələrində siqaret qadağası
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin bütün aviareyslərində siqaret, qəlyan, siqar və elektron siqaret qurğularından istifadə qadağan edilib. “APA-Economics”in AZAL-a istinadən verdiyi məlumata görə, həmçinin elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir. Belə qurğuların sərnişinin əl çantasında daşınması tələb olunur. Həmçinin bütün hallarda litium-metal batareyaların (UN 3090) AZAL-ın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağan edilib. Litium-metal batareyalar (bir dəfə istifadə olunan (enerji toplamayan) batareyalar) xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805