• cümə axşamı, 25 aprel, 05:41
  • Baku Bakı 19°C

AZAL: Ötən il 4 milyon 740 min sərnişinə, bu il isə 760 min sərnişinə xidmət göstərilib

11.06.20 17:58 727
AZAL: Ötən il 4 milyon 740 min sərnişinə, bu il isə 760 min sərnişinə xidmət göstərilib
"Dünyada COVID-19-dan ilk olaraq hava yolu şirkətləri zərbə alıb, AZAL da istisna deyil”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.
E. Hacıyev qeyd edib ki, 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 4 milyon 740 min sərnişinə xidmət göstəribsə, 2020-ci ilin hazırkı dövründə isə 760 min sərnişinə xidmət göstərilib: "Biz hər il 10 faiz artımı nəzərə alaraq, düşünürdük ki, 2 milyondan çox sərnişinə xidmət göstərəcəyik. Bizim itkilərimizi ellə bu rəqəmlər göstərir. AZAL-a hökumət bəlli maliyyə yardımları göstərir, əməkdaşlarımız maaşlarını vaxtlı vaxtında alırlar. Biz dünyadakı aviaşirkətlərdən fərqli olaraq bir əməkdaşımızı da ixtisara salmamışıq”.
banner

Oxşar Xəbərlər