• cümə, 29 Mart, 16:11
  • Baku Bakı 14°C

AZAL Kiyevə reysləri dayandırmır - Bu gün də uçuş var

18.07.14 09:52 1699
AZAL Kiyevə reysləri dayandırmır - Bu gün də uçuş var
Bunu “APA-Economics”ə açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
AZAL-ın təyyarələrinin Azərbaycandan Ukraynaya reysləri Rusiya ərazisi üzərindən həyata keçirməsinə gəlincə, M. Səfərli bu barədə məlumata malik olmadığını söyləyib.
Xatırladaq ki, iyulun 17-də Ukraynanın Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus, Amsterdam-Kuala-Lumpur marşrutu üzrə uçan "Boeing-777" tipli sərnişin təyyarəsi vurulub. Ukrayna dövləti təyyarənin ölkənin şərqində fəaliyyət göstərən Rusiyayönümlü terrorçular tərəfindən vurulduğunu bildirib.
banner

Oxşar Xəbərlər