• cümə axşamı, 28 mart, 16:57
  • Baku Bakı 16°C

AZAL Çinin aparıcı həkimlərini Bakıya gətirib

04.08.20 20:06 726
AZAL Çinin aparıcı həkimlərini Bakıya gətirib
Bu gün Azərbaycanın milli aviadaşıyıcısı mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, 10 nəfər tərkibdə aparıcı Çinli mütəxəssislərdən ibarət qrup AZAL-ınxüsusi reysi ilə Bakıya gəlib. Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.
AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.
Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanındaOperativ Qərargahın tapşırığına əsasən təşkil olunub.
banner

Oxşar Xəbərlər