• cümə axşamı, 25 aprel, 18:37
  • Baku Bakı 21°C

AZAL-ın baş məşqçisi: “Həmişə “Neftçi“yə azarkeşlik etmişəm“

20.12.13 16:11 1069
AZAL-ın baş məşqçisi: “Həmişə “Neftçi“yə azarkeşlik etmişəm“
AZAL-ın baş məşqçisi futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilmiş AZAL - “Neftçi” oyununu (2:1) şərh edib. Azerisport.az xəbər verir ki, Vaqif Sadıqov bunları söyləyib:
“Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Oyunçular qarşısında topu özlərində saxlamaq tapşırığı qoyulmuşdu. Mən hakimin qərarlarını şərh etməyi sevmirəm. Ancaq hakim iki qırmızı vərəqə göstərməklə, düzgün qərar qəbul etdi. “Neftçi” mənim keçmiş komandamdır. Ancaq mənim problemim yoxdur. Beynəlxalq oyunlarda həmişə onlara azarkeşlik etmişəm. Ancaq indi AZAL-dayam və bu komanda üçün hər şey edirəm”.
banner

Oxşar Xəbərlər