• cümə axşamı, 28 mart, 20:49
  • Baku Bakı 13°C

AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib

25.06.19 19:30 455
AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib
AZAL bu gündən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reyslərini həyata keçirir.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün ilk uçuş baş tutub.
AZAL-ın reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri ekonom və biznes sinif konfiqurasiyalı "Boeing-757” təyyarələri ilə həyata keçiriləcək.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.
Dehlini "yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.
banner

Oxşar Xəbərlər