• çərşənbə axşamı, 16 aprel, 17:51
  • Baku Bakı 19°C

Azadlıqdan məhrum etmənin yuxarı həddi artırılır – 25 İL

16.05.14 15:57 1031
Azadlıqdan məhrum etmənin yuxarı həddi artırılır – 25 İL
Azərbaycanda azadlıqdan məhrum etmənin, eyni zamanda hökmlərin məcmusu üzrə toplanan cəzaların müddətinin yuxarı hədləri artırılır.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 55.4- cü maddəsinə dəyişiklik və bu dəyişikliyə müvafiq olaraq 66.3-cü maddəsinə əlavə təklif olunur.
Məcəllənin 55.4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda azadlıqdan məhrum etmənin yuxarı həddi 20 il, hökmlərin məcmusu üzrə isə 25 il olaraq təyin ediləcək.
Hazırda bu rəqəmlər müvafiq olaraq 15 və 20 ildir.
Bu dəyişikliyə müvafiq olaraq 66.3-cü maddəyə müvafiq əlavə edilməsi təklif olunur
Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər