• cümə axşamı, 25 aprel, 20:08
  • Baku Bakı 21°C

“Azadlıq” qəzeti fəaliyyətini dayandırdı

31.07.14 15:50 1047
“Azadlıq” qəzeti fəaliyyətini dayandırdı
“Azadlıq” qəzeti bu gündən fəaliyyətini dayandırıb.
Bu barədə APA-ya qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.
Onun sözlərinə görə, buna səbəb qəzetin çap olunması üçün vəsaitin olmamasıdır. R. Hacıyev qeyd edib ki, qəzetin Azərbaycan Nəşriyyatına 20 min manatdan artıq borcu var: “Nəşriyyat hələ may ayının sonlarında bizə borcu ödəməklə bağlı xəbərdarlıq etmişdi, bu gün isə artıq bildirdilər ki, borc ödənməsə, qəzeti çap edə bilməzlər. Odur ki, qəzet artıq sabah üçün çap olunmayacaq”.
R. Hacıyevin sözlərinə görə, “Qasid” firmasının qəzetə 70 min manat borcu var, ancaq şirkət borcunu ödəmir: “Biz çalışacağıq ki, qəzetin çapını bərpa edək. Ödəniş olacağı təqdirdə, qəzet fəaliyyətini davam etdirə bilər”.
banner

Oxşar Xəbərlər