• çərşənbə, 24 Aprel, 06:06
  • Baku Bakı 13°C

Azad Rəhimov: “İdmançılarımız 857 medal qazanıb”

26.12.16 22:12 1218
Azad Rəhimov: “İdmançılarımız 857 medal qazanıb”
"İlboyu yüksək naliyyətlərimiz, uğurlarımız olub. Bu il həqiqətən də idmanımzın təntənəsi və tarixə düşən ilidi”.
Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziriAzad Rəhimovdeyib.
2016-cı ilin yekunlarına həsr olunan tədbirdə çıxış edən nazir başa çatmaqda olan ili dəyərləndirib: "Cənab prezident də idmançılarla görüşdə bildirdi ki, gələn olimpiya oyunlarında bunu təkrarlamaq çətin olacaq. Hər dəfə bu sözü deyirik, amma görürük ki, rekord yenilənir. İdmançılarımız 857 medal qazanıb. Hər gün 2 dəfə Azərbaycanın bayrağı ölkə xaricində dalğalanıb. Bu medallardan 357-si qızıldı. 192 beynəlxalq yarış, o cümlədən, təkcə Bakıda 52 turnir keçirmişik”
Qeyd edək ki, Azərbaycan idmançıları 2015-ci ildə beynəlxalq yarışlarda 823 medal (321 qızıl, 222 gümüş, 280 bürünc) qazanmışdı. Bu mükafatlardan 297-si (105 qızıl, 61 gümüş, 131 bürünc) olimpiya növlərində əldə edilmişdi.
banner

Oxşar Xəbərlər