• cümə axşamı, 25 aprel, 21:06
  • Baku Bakı 21°C

Azad Rəhimov: Dünyaya gənclər siyasəti ilə bağlı yeni model təqdim etmişik

02.02.17 13:30 909
Azad Rəhimov: Dünyaya gənclər siyasəti ilə bağlı yeni model təqdim etmişik
Bu gün bütün gənclərin bayramıdır. Ən sevimli an odur ki, bu gün gənclər gününün 20 ili tamam olur. Bu müddət ərzində çoxlu işlər həyata keçirilib.
Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.
Nazir bildirib ki, hər il çoxlu tədbirlər həyata keçirilir: "Keçən il gənclər proqramına aid olan 150-dən çox tədbir keçirilib ki, onların 30-u beynəlxalq tədbirlərdir. Biz demək olar ki, dünyaya gənclər siyasəti ilə bağlı yeni bir modeli təqdim etmişik. Ötən gün Birləşmiş Millətlər Təşkilatının Gənclər Forumunda hesabatda bu istiqamətdə hansı işlər aparılması barədə ətraflı məlumat verdik. Düşünürəm ki, gələcəkdə də bizim işimiz çoxdur".
A.Rəhimov deyib ki, daim çalışırıq ki, ətrafımızda daha çox gənclər birləşsin: "300-dən artıq qeyri-hökümət gənclər təşkilatı fəaliyyət göstərir, çoxlu layihələr dəstəklənir. Ən böyük mükafatımız isə odur ki, cənab Prezident tərəfindən 2014-cü ildə gənclər mükafatı təsis olunub".
Nazir həmçinin, 2014-cü ildən hər bir fəal 4 gəncə bu mükafatın təqdim olunduğunu da qeyd edib: "Bu gün də biz bunun şahidi olacağıq. Bunlar bizim gəncləri ruhlandırır, onları böyük işlərə cəlb edir. Biz hər zaman çalışırıq ki, nazirlik kimi həmişə bu işlərə dəstək olaq, gənclərlə bir yerdə olaraq onların bütün ideya və layihələrini həyata keçirməyə kömək edək".
banner

Oxşar Xəbərlər