• şənbə, 27 Aprel, 04:25
  • Baku Bakı 14°C

Azad Rəhimov: Bakı 2015 Avropa Oyunlarının yeganə mobil rabitə tərəfdaşı “Nar Mobile” mobil operatorudur

04.07.14 15:47 1264
Azad Rəhimov: Bakı 2015 Avropa Oyunlarının yeganə mobil rabitə tərəfdaşı “Nar Mobile” mobil operatorudur
Bakı 2015 Avropa Oyunları yarışlarının eksklüziv və yeganə rəsmi mobil rabitə tərəfdaşı “Azerfon” (“Nar Mobile” ticarət nişanı) şirkətidir. Bu barədə tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransı zamanı Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Xatırladaq ki, iyul ayının 2-də “Four Seasons Baku” otelində “Nar Mobile” mobil operatorunun Bakı 2015 Avropa Oyunları yarışlarının rəsmi mobil telekommunikasiya xidməti təminatçısı olması haqqında müqavilə imzalanıb. Müqaviləni Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov və “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili imzalayıblar.
Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı-2015 Avropa Oyunları Təşkilat komitəsinin baş icraçı direktoru Azad Rəhimov mobil operatorla imzalanan anlaşmanın ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədi ilə “Nar Mobile” mobil operatorunun telekommunikasiya sahəsində malik olduğu geniş təcrübəni tətbiq etməsini nəzərdə tutan əhəmiyyətli müqavilə olduğunu bildirmişdir.
banner

Oxşar Xəbərlər