AZE | RUS | ENG |

YAP Binəqədi rayon Təşkilatının hesabat yığıncağı keçirilib

YAP Binəqədi rayon Təşkilatının hesabat yığıncağı keçirilib
Xaləddin İsgəndərov: “Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Yeni Azərbaycan Partiyası günümüzün aparıcı təşkilatı, siyasi qüvvəsi və ümumilikdə Cənubi Qafqaz regionunda ən böyük təşkilatdır”

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının inzibatı binasında Rayon Partiya Təşkilatının 2014-cü il ərzində fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə partiya təşkilatının 2014-cü il ərzində fəaliyyətini əks etdirən video çarxı izləyiblər. Sonra məruzə ilə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov 2014-cü ildə rayon partiya təşkilatının fəaliyyətindən danışıb. Qeyd edib ki, ötən il dövlət başçısı, YAP sədri İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı təmin edilib, Azərbaycanın həyatında böyük uğurlar əldə edilib, mühüm siyasi hadisə olan bələdiyyə seçkiləri keçirilib. Əldə olunan uğurların qazanılmasında Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi, ölkəmizin aparıcı partiyası olan YAP da mühüm rol oynayıb. Natiq bildirib ki, ötən ilin ən mühüm ictimai-siyasi hadisəsi olan 23 dekabr 2014-cü il tarixində keçirilmiş bələdiyyə seçkilərində Binəqədi rayonu üzrə beş bələdiyyədə YAP namizədləri inamlı qələbə qazanıb, ümumi göstəricilər üzrə Binəqədi rayonu respublika miqyasında öncül yerlərdə qərarlaşıb. Bildirilib ki, hesabat dövründə rayon partiya təşkilatı tərəfindən gənclərin davamlı inkişafına hədəflənən çoxsaylı maarifləndirici görüşlər, sosial və humanitar layihələr həyata keçirilib. Hesabat dövründə ümumilikdə rayon partiya təşkilatının təşəbbüsü ilə 86 tədbir keçirilib, ərazi-ilk partiya təşkilatları ilə iş aparılıb, mətbuatla sıx əlaqə qurulub. Daha sonra rayon partiya təşkilatının sədri 2015-ci ildə qarşıda duran vəzifələrdən danışıb, təşkilatın fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə Binəqədi rayon İcra hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərova təşəkkürünü bildirib.

YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov hesabat dövrü ərzində gənclərlə bağlı görülmüş işlər, layihələr haqda danışıb. YAP Binəqədi rayon Təşkilatının 51 ərazi ilk partiya təşkilatında Gənclər Birliklərinin yaradıldığını qeyd edib. O, YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Dövlət Gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini qeyd edib.

YAP Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva Qadınlar Şurasının gördüyü işlər barədə məruzə edib, 68 ərazi ilk partiya təşkilatında Qadınlar Şurasının yaradıldığını, YAP Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının həyata keçirdiyi sosial-humanitar aksiyaları qeyd edib. O, YAP-ın sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlərin hər bir qadın üçün nümunə olduğunu qeyd edib.

Hesabat tədbirində çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov Binəqədi rayonunun sürətli inkişafından, bu rayonda böyük quruculuq və abadlıq işlərindən danışıb. Millət vəkili bu işlərin son illər ərzində həyata keçirildiyini diqqətə çatdıraraq, YAP Binəqədi rayon Təşkilatının da böyük işlər gördüyünü vurğulayıb. O, rayon partiya təşkilatının həyata keçirdiyi tədbirlərlə digər rayon partiya təşkilatlarından fərqləndiyini, öncül yerdə qərarlaşdığını bildirib. Binəqədi rayonunda gənclər və qadınların fəallığının artırılması istiqamətində xüsusi işlərin görüldüyünü, fəallıq səviyyəsinin yüksək olduğunu bildirən natiq, YAP-ın məqsəd və məramının da məhz bu olduğunu vurğulayıb. Ölkədə aparılan uğurlu iqtisadi siyasətə toxunan E.İbrahimov ölkə başçısı İlham Əliyevin apardığı siyasət nəticəsində böyük valyuta ehtiyatlarının toplandığını, 2015-ci ilin Aqrar sahəyə həsr olunduğunu, “Bakı -2015” İlk Avropa Oyunlarının uğurla keçəcəyinə əmin olduğunu ifadə edib.
Binəqədi rayon İcra hakimiyyətinin başçısı X.İsgəndərov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası günümüzün aparıcı təşkilatı, siyasi qüvvəsi və ümumilikdə Cənubi Qafqaz regionunda ən böyük təşkilatdır. Natiq YAP-ın cəmiyyətdə aparıcı siyasi qüvvə olduğunu, partiyanın gənclərin davamlı inkişafında müstəsna rol oynadığını, gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onlarda milli-mənəvi dəyərlərə hörmət hisslərinin formalaşması və inkişafındakı rolunu qeyd edib. X.İsgəndərov bələdiyyə seçkilərində qalib gəlmiş YAP namizədlərinin əksəriyyətinin gənclərdən ibarət olması, rayonda gənclərin müxtəlif dövlət vəzifələrində geniş təmsilinin dövlət səviyyəsində gənclərə göstərilən inam və etimadın nümunəsi olduğunu qeyd edib. O, Binəqədi gənclərinin daim fərqləndiyini, respublika miqyasında hər zaman öncül yerlərdə təmsil olunduğunu, respublikada həyata keçirilən Dövlət Gənclər və Qadın siyasətinin Binəqədi rayonunda uğurla icra edildiyini vurğulayıb.
Ölkə başçısı İlham Əliyevin respublikada apardığı məqsədyönlü siyasətdən danışan X.İsgəndərov bildirib ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət uğurla icra olunur, Prezidentimiz Azərbaycanın maraqlarını dünya birliyində uğurla müdafiə edir. Son iki il səkkiz ay müddətində Binəqədi rayonunda mühüm işlər görüldüyünü xatırladan icra başçısı çıxışının sonunda YAP Binəqədi rayon Təşkilatının fəaliyyətinə toxunan icra hakimiyyəti başçısı yeni hesabat ilində rayon partiya təşkilatına uğurlar arzulayıb.
Daha sonra tədbirdə partiya sıralarına yeni daxil olmuş bir neçə gəncə partiya vəsiqələri təqdim edilib.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289