AZE | RUS | ENG |

“Xəzər Lənkəran”ın baş məşqçisi istefa verdi

“Xəzər Lənkəran”ın baş məşqçisi istefa verdi
“Xəzər Lənkəran” futbol komandasının baş məşqçisi Karles Martorell Bakes istefa verib. Bu haqda Lent.az-a klubun mətbuat katibi Yalçın Əliyev bildirib.

Məlumata görə, ispaniyalı mütəxəssis Topaz Premyer Liqasının XXI turunda “Qəbələ”yə 0:2 hesablı səfər məğlubiyyətindən sonra getmək istədiyini açıqlayıb. Klub rəhbərliyi də onun istefasını qəbul edib.

Əliyev hələlik yeni baş məşqçinin müəyyənləşmədiyini də əlavə edib. Onun sözlərinə görə, “Xəzər Lənkəran”ı fevralın 27-də “Rəvan”la Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyununa və martın 3-də “Sumqayıt”la Premyer Liqanın təsnifat mərhələsinin son görüşünə köməkçi məşqçilər Erik Roketa ilə Emin Quliyev hazırlayacaqlar.

Qeyd edək ki, bu, mövsüm ərzində “Xəzər Lənkəran”da ikinci baş məşqçi istefasıdır. Əvvəlki baş məşqçi Yunis Hüseynov ötən il noyabrın 1-də postunu tərk edib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN