AZE | RUS | ENG |

Xalq artistinin 75 illik yubileyi qeyd olunacaq

Xalq artistinin 75 illik yubileyi qeyd olunacaq
Aprelin 1-də, saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident təqaüdçüsü, xalq artisti Tariyel Qasımovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək


Tədbirdə bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak edərək T.Qasımovun yaradıcılığı, yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşəcəklər. Mərasim iştirakçılarına yubilyarın rol aldığı filmlərdən fraqmentlər nümayiş etdiriləcək.

4 fevral 1939-cu ildə Ağstafa rayounun Köçəsgər kəndində anadan olan T.Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Onun ifa etdiyi Cəlal, Bəxtiyar ("Komsomol poeması", İskəndər Coşğun), Söhrab ("Söhrab və Rüstəm", İskəndər Coşğun), Zaur ("Yadındamı", Altay Məmmədov), Pərviz ("Sən nə üçün yaşayırsan", İmran Qasımov, Həsən Seyidbəyli), Kazım ("Məhəbbət novellası", Şamil Xurşud, Əşrəf Hacıyev), Məşədi Əzizbəyov ("26 Bakı komissarı", İskəndər Coşğun), Polkovnik ("Kiçik torpaqda üç gün", Şamil Xurşud), Zərbəliyev Səbzəli ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev), Salahov ("Sevirdim, çox sevirdim", Hidayət), Qədim ("Büllür sarayda", İlyas Əfəndiyev), Həsənzadə ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Nihad ("Pələng ili", Firuz Mustafa) və digər bir-birindən maraqlı rollar istedadlı aktyorun rəngarəng obrazlar qalereyasını yaratmışdır.
Teatrın foyesində aktyorun ifa etdiyi tamaşalar və filmlərdən ibarət fotosərgi nümayiş etdiriləcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112