AZE | RUS | ENG |

Vüqar Həşimovun abidəsinin açılışı olub

Vüqar Həşimovun abidəsinin açılışı olub
Bu gün Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun qəbirüstü abidəsinin açılış mərasimi olub.

Apasport.az saytının məlumatına görə, mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov şahmatçının adının ədəbiləşdirilməsi haqda danışıb: “Vüqar adını Azərbaycan idman tarixinə yazıb. Çoxlu sayda turnirlərdə qələbə qazanıb. Hər zaman Vətənə medalla gəlib. Avropa çempionu olub. Sözsüz ki, dövlət onun adının əbədiləşdirilməsi istiqamətində addımlar atacaq. Gələcəkdə onun adının şahmat məktəblərdən birinə verilməsi ola bilər. Bu gün başlayan yeniyetmələr arasında turnir şahmatın inkişafına təkan olacaq. Uşaqlar gələcəkdə Vüqarın partiyaları üzərində öyrənəcəklər. Onlar çalışacaqlar ki, Vüqara oxşasınlar".

Daha sonra şahmatçının atası Qasım Həşimov çıxış edib: “İlk olaraq Vüqarın abidəsini hazırlayan Azad Əliyevə təşəkkür edirəm. Vüqar Azərbaycanı sevən, şahmatsız yaşaya bilməyən insan olub. Yadıma gəlmir ki, o hansısa yarışdan mükafatsız qayıtsın. Hər zaman qələbə uğrunda mübarizə aparıb. Bu gün də onun adı ürəklərdə yaşayır. Vüqarın arzusu Azərbaycan şahmatının qələbə qazanması olub. O, həmişə Vətənə medalla qayıtmasını arzulayıb. Onun bizimlə olmamasını qəbul etmək çətindir. Biz hər zaman onu xatırlayacayıq".

Qeyd edək ki, bürüncdən olan abidənin müəllifi məşhur heykəltəraş Azad Əliyevdir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9340
GEL 1 1 Gürcüstan larisi 0.6361
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7094
KWD 1 1 Küveyt dinarı 5.5912
TRY 1 1 Türkiyə lirəsi 0.3157