AZE | RUS | ENG |

Vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirilib

Vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirilib
Xaləddin İsgəndərov: “Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsidir”

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar müşavirə keçirilib. İcra hakimiyyətindən “Kaspi”yə bildirilib ki, müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının və bir sıra icra strukturlarının rəhbərləri iştirak ediblər.

Tədbirdə rayonda müxtəlif yerli qurumlara, icra strukturlarına edilən vətəndaş müraciətlərinə baxılmasının mövcud vəziyyəti barədə danışılıb, “Azərbaycan” qəzetində dərc edilmiş “Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” məqaləsi ətrafında müzakirələr aparılıb.
Müşavirəni Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açıb.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elnur İmanov məqalədə xüsusi diqqət yetirilməli məqamlar barəsində məruzə ilə, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov vətəndaş müraciətlərinə baxılması haqqında məlumatla çıxış ediblər.
Müşavirədə yekun nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov vətəndaşların müraciətinə baxılması işində prioritet məsələnin onlara diqqətli yanaşma, nəzakətlilik, qayğıkeşlik olduğunu vurğulayıb. Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn məsələ kimi vətəndaş məmnunluğunun təmin edilməsi hər bir məmurun başlıca vəzifəsidir.

R.İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289