AZE | RUS | ENG |

Tariximizin qəhrəmanlıq salnaməsi

Tariximizin qəhrəmanlıq salnaməsi
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüşüb. Səmimi mühitdə keçən görüşdə icra başçısı bütün xalqımızın 20 Yanvar şəhidləri ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinin problemləri ilə maraqlanan icra başçısı bu problemlərin nəzarətdə saxlanılacağını qeyd edib. Daha sonra “20 Yanvar” Cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev çıxış edərək, 20 Yanvar əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb, bu qayğıya görə ölkə rəhbərliyinə və onun tapşırıqlarını layiqincə yerinə yetirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısına minnətdarlığını bildirib.

Görüşdən sonra Rayonun Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti rəhbərliyi, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakini olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Abidə önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsinin bir dəqiqəlik sükut yad edilib. Aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən danışıblar.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək, hadisəni Azərbaycan xalqının tarixinə yazılmış şanlı səhifə kimi səciyyələndirib. Bildirib ki, SSRİ rəhbərliyinin dinc, əliyalın insanlara qarşı qırğın törətməsi zorakılıq üzərində qurulmuş bir imperiyanın Azərbaycan xalqının əzmkarlığı və iradəsi qarşısında mənəvi cəhətdən gücsüz olduğunun sübutu idi: “Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, siyasi səbatsızlığı ucbatından hər hansı qiymət verilməyən hadisə məhz ümummilli lider Heydər Əliyevin çağırışı, xalqın səsinə səs verməsi sayəsində dünya ictimaiyyətinə çatdırıldı. Ulu öndər onu gözləyən bütün təhlükələrə rəğmən, əsl vətəndaşlıq nümunəsi göstərərək, ağır günündə öz xalqının yanında oldu, onun səsinə səs verdi, Sovet İttifaqının dinc insanlara qarşı törətdiyi qırğını bütün çılpaqlığı ilə ifşa etdi. 20 Yanvar faciəsini törətməklə xalqın iradəsini sındırmağa çalışan qüvvələr öz məqsədlərinə nail ola bilmədilər. Əksinə, ölkəmiz hərtərəfli tərəqqiyə çatdı. Azərbaycan bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə azad, suveren dövlət kimi inkişafın və uğurun yüksək zirvəsində dayanır”.

Mərasimdə “20 Yanvar” Cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri A.Xankişiyev, şəhid Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva, şəhid Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə çıxış ediblər.

Daha sonra tədbir bədii qiraət ustalarının ifasında istiqlal mübarizəsi tariximizə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 20 Yanvar hadisəsini tərənnüm edən şeirlərin oxunması ilə davam edib. Anım mərasimi tədbir iştirakçıları və rayon ictimaiyyətinin “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyması və şəhidlərin ruhuna öz ehtiramlarını bildirmələri ilə yekunlaşıb.

R.İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289