AZE | RUS | ENG |

Polis işçilərinin peşə bayramı qeyd olunub

Polis işçilərinin peşə bayramı qeyd olunub
Binəqədi rayonunda polis işçilərinin peşə bayramı qeyd edilib. Binəqədi Rayon Polis İdarəsində keçirilən tədbir dövlət himnini səsləndirilib, vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov açaraq qeyd edib ki, Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. AXC süqut etdikdən sonra sovetlər birliyinin tərkibində Azərbaycan milisi insanların təhlükəsizliyini qoruyub, cinayətkarlığa qarşı mübarizə aparıb. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunub, polisin funksiya və vəzifələri də dəqiqləşdirilib. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.
Daha sonra Daxili İşlər naziri Ramil Usubovun təbrik teleqramının oxumaq üçün söz Təşkilati inspektor qrupunun baş inspektoru polis-polkovnik leytenantı Qafar Haqverdiyevə verilib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğulayıb.
Sonra xidməti vəzifəsində fərqlənən 22 nəfər polis işçisinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Binəqədi Rayon prokuroru Nazim İmanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon Polis İdarəsinin Polis Veteranlar Şurasının sədri Zakir Əhmədov çıxışlarında polis işçilərinə öz təbriklərini çatdıraraq ən xoş arzularını bildiriblər.
Sonda yekun nitqi ilə çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov uzun və şərəfli yol keçən Azərbaycan polisinin bu gün də xalqa, vətənə, dövlətə ləyaqətlə xidmət etdiyini, qanunun keşiyində ayıq sayıq dayandığını söyləyib.

Kaspi.az

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289