AZE | RUS | ENG |

Orfoqrafiya lüğətinin yeni nəşrindəki qüsurlar

Orfoqrafiya lüğətinin yeni nəşrindəki qüsurlar
Hər bir ölkədə orfoqrafiya lüğətinin tərtib edilməsi və nəşri həmişə dövlət əhəmiyyətli məsələ olmuşdur və onun tərtibinə böyük məsuliyyətlə yanaşmışlar. Əbəs yerə onu “dilin konstitusiyası”, “dilin güzgüsü” adlandırmırlar. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni 6-cı nəşri vəd edilmiş 5 il əvəzinə 9 ildən sonra baş tutmuşdur. Lüğətin həcminin əvvəlki nəşrlə müqayisədə birdən-birə 30 mindən çox söz artması təəccüb doğurur. Hələ indiyədək heç bir ölkədə orfoqrafiya lüğətinin növbəti nəşrində sözlərin kəmiyyəti keçmiş nəşrlə müqayisədə bu qədər artmamışdır və lüğətdəki sözlərin miqdarı belə bir astronomik dəqiqliklə göstərilməmişdir: 110.563 (!). Belə bir artımın səbəblərini araşdırmaq niyyətində deyilik. Lüğətin bu nəşrindəki uyarsızlıqlardan və çatışmazlıqlardan bəhs etmək daha düzgün olardı.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, çoxlu söz lüğətə daxil edilməmişdir: anışdırmaq, islamçı, islamofobiya, bəsitsüjetli, bulyon, töycüyığan, boysırası düzlənmək, dantist, danqabaş, dardaqalan, dardaqalma, həyataqaytarma,başkələm, daşqələm, qrifel, çalası, kleptoman, çəkələk, sindan, qabarma-çəkilmə, görüntü, ədəbxana, bordamaq, civarında, qırmalı, şirinsulu, aramaq-axtarmaq, dupduru, fidyə, tuqay, qonşucanlı, qəhrə- mannamə, şəcərənamə, poru, balıq, qanadısınıq, əvəzgün,yaşma, maviberetli(-lər), yəmən- li(-lər), malayziyalı(-lar), ismaili(-lər), xınalıqlı(-lar), etnik qrup, beluc(-lar), xalq,yürük(-lər), etnik qrup, doydurulmamış,yarımkölə (bəlkə də müəmmalı “yarımkölgə” sözündə “g” hərfi səhv olaraq yazılmışdır), ora, orası, orada, burada, buraya, burası, bunlar, özgəsi, sabahkı, hürgüc, hürgüclü, sürəkçi, xeymə, çadır, xotkarlıq, beçəbalı, təkmilləşdirici, həkim-intern, surdotərcüməçi, üzüyoxuşa, üzüenişə, üzdəki, yarlıq (etiket), cıvraq, sustaldırmaq, qəzəblə, ilyarımlıq, irisağrılı, qaralı-quralı, əlqumbarası, şahbaz, ov quşu, oyanmış, başaqaxan, kömbəsifət, yükünüözüboşaldan (lüğətdəki “özüyükboşaldan” sözü həmin mənanı dəqiq vermir), rütubətkeçirməyən, nubar, busat, toylu-busatlı, ismi-pünhan, pələnggözü, mineral,pişikgözü, mineral, məşrutiyyət, sui-həzm, sui-fəhm, tayfadaxili, basıb-bağlamaq, ənsə sümüyü (lüğətdə “ənsə” əsasında düzəldilmiş 6 mürəkkəb söz vardır), ərz-hal, abver, bundesliqa, xoştəbli, oğruyolu, əql (onun əsasında yaradılmış 11 söz vardır), dişsındıran, şekel, pul vahidi, lari, pul vahidi, qatartərtibçisi (lüğətdəki “qatardüzəldən” həmin mənanı vermir), adsız-ayamasız, panərəbist, bələdçilik, denaturalizasiya, düşünmədən, madam, xanım, təkhəyətli,planktonologiya, zombi, yastığıağır, yarpaqlı-yarpaqsız, zəncirli-cığalı, gülbəsər, tezyetişən xiyar, yer-hava, raket, ityalı, ultramilliyyətçi, ultramühafizəkar, ultra- solçu, ultrasağçı, yəhudiyyat,seysmoloq, uğurunda (onun “uğrunda” variantı lüğətdə vardır), başıbağlıca, kərtənkələ,təpkeş, sarğac, sərmədi, sintoist, təsərrüfathesablı, nəbibə, nəticənin nəvəsi, nədidə, kötücənin nəvəsi, gölyeri, tezaurus, dövlətyönümlü, iqtidaryönümlü, qozbelləşmə,mitinqlərarası, anaayrı,ataayrı-anabir, anaayrı-atabir, ağlayıb-sızıldamaq, həştərxantoyuğu, özfəaliyyətçi, təpməyən, itboğuşduran, aycan-aycan, şamxal, usmi, paronimiya, leprozori, qaraqaytaq, qaramalkökəltmə, sızlamaq, farslaşdırmaq, hərftökən, həvarilər, çabalama, çabalamaq, qumdan, multikulturalizm, xaqanişünaslıq, buğarsaq, hövrə, dözümlük, balerin, azlıqdaqalan, bədihiyyat, danaayağı, kağızbaz, maneraçı, yönümlü, yağılaşmaq, yağırlamaq, yarıqoxumuş, yarımüflis, yaxasıcırıq, yüyürək, şəhrəngiz, şəxsiyyətəpərəstiş, gözəgətirmə, dildənpərgar, iraqlı, padzəhr, kumıs, at südü, franko-körpü, franko-qiymət və s.
Qəribə səslənsə də, orfoqrafiya lüğətimizdə orfoqrafik səhvlərlə yazılmış çoxlu söz vardır: təmaddün (əslində “təməddün” olmalıdır), dəliqarın (dələqarın), asilləşdirmə (asiləşdirmə), hücuməmirli (hücuməmrli), hücuməmirlilik (hücuməmrlilik), səcc (bir “c” ilə yazılmalıdır), falangit (falangist), farmasept (farmasevt), kordelyer (kordilyer), kuhlaçı (kuklaçı), qaytar(-lar) (qaytaqlar), fələkzadə, fəlakətzadə, fəlakətzadəlik (son 3 sözün ikinci hissələrindəki “zadə” sözləri “zədə” yazılmalıdır), şərli-böntanlı (böhtanlı), bromizavod (bromzavod), paramneziy (paramneziya), halbahalıq (halbahallıq), melanolik (melanholik), maniakl (maniakal), hidrodempper (hidrodempfer), vanadal (vandal),uzunsümbül (bu, “Orfoqrafiya qaydaları”nın 5-ci bəndinin tələbinə xilafdır, həm də lüğətdə onun əsasında yaradılmış 22 mürəkkəb və düzəltmə sözdə “sünbül“ şəklində işlədilmişdir), portupeyn (portupeya), kurikulum (kurrikulum), darülmüəllim (darülmüəllimin), əmioğlulu (əmioğluluq), mürabiqə-baxış (müsabiqə-baxış), əmrilmöminin (əmirəlmöminin), rentgenokinomotoqrafiya (rentgenokimoqrafiya), qalla(-lar) (qall(-lar)), qanadsayıq (qanadsayaq), nəleyin (nəleyn), sənaməki (sənaməkki), bimis (bimisl), biləkarisı (biləkarası), səs-haykırtı (səs-hayqırtı), evgenika (yevgenika), forsaf (forsaj), çəkic-zindan (çəkic-sindan), sallaqxana (sallaxana - bu söz ərəbcədəki “sallaxa” feilindəndir və ”dərisini soymaq” mənasındadır), təkəsaqqız (təkəsaqqal), fransızdillik (fransızdillilik) və s. “Qaynaqçı” və “qaynaqçılıq” sözləri nədənsə, onların əvvəlinə “qaz” sözü əlavə edilən kimi ilkin formalarını dəyişmişdir: qazqaynağıçı və qazqaynağıçılıq (əslində “qazqaynaqçısı” və “qazqaynaqçılığı” olmalıdır). “Çıldaq” və daha 6 sözün ikinci hissəsindəki “-daq” sözü “dağ” şəklində yazılmalıdır, çünki o “dağlamaq” sözündəndir.
Çox qəribədir ki, bəzi sözləri izah etmək üçün yazılmış sözlərin özləri lüğətə salınmamışdır: fləq, mehtərə,futlyar, əşyaqabı,pıçılğan, kikirtgə,köynək-köynək tərtökmə,dada-dada hissetmə,buzaltı, buns, nesseser, çamadança, cəzvə, qəhvədança, prozektor, ölüyaran (bu izahedici söz ayrılıqda onsuz da lüğətdə yoxdur və burada onun əvəzinə “meyityaran” sözü daha dəqiq olardı), sekreter, mebel-əşya, braja, braqa, farenheyt şkalası,itmilləmək, sivriləşdirmək,tıxmaq, basmarlayıb-yemək, sanılı,sayılmış,salmaçay, şirinçay və s.
Defislə yazılmış mürəkkəb sözün hər iki tərəfi lüğətdə öz yerində də olmalıdır. Lakin bəzi mürəkkəb sözlərin tərəflərinin birinciləri lüğətdə ayrıca verilmiş, ikincilərı isə lüğətə salınmamışdır: qaçqın-köçkün, qaçqınlıq-köçkünlük, ağbirçək-qarabirçək, argentium-azid, geyindirib-kecindirmək, geyim-kecim, ərş-gürş, ərşə-gürşəçıxma, cahıllı-ahıllı, cahılsız-ahılsız, cahil-cuhul, əyirici-bükdərici, əyiricilik-bükdəricilik, limunessent-bituminoloji, dava-dartış, əlləş-vəlləş,şad-şalayın, cığır-çəhlim, cığırlı-çəhlimli, cığırsız-çəhlimsiz, dəngil-düngül, dəngüş-düngüş, mat-məbhut, ginekoloq-akuşer, gəlimli-gedimli, sözlü-sovlu, sözsüz-sovsuz, qohum-qələvə, qohum-qələvəli, əqli-səlim, qələt-qülət, stomatoloq-implantoloq, haray-huray, həpir-çöpür, əyri-büyrü, sıxıq-mıxıq, biçin-döyün, ağır-sənginlik,elm-helm,əhli-zələmə, fisqi-fücur, fisqi-fücurluq, acı-zəqqutum, köhnə-möhnə, ot-əncər, səsdəniti-qulaqdanküt, ağac-uğac, rəsmi-güşad, qırıq-quruq, qıdır-bıdır, qapış-qupuş, qoca-qarel, qapaq-qanşar(?) (lüğətdə “qabaq-qənşər” sözü vardır), qeyri-kondisir, naxış-nuxuş, yalan-yulan,nağıl-nuğul, yollu-rizli, yorğun-arğın, şeytan-şuğul, sökük-tikik, sağ-sökəl, carıltı-curultu, cəzə-fəzə, nameyi-əmal, uzunlu-drazlı, yoluq-moluq, vaqon-buzxana, vəssalam-şüttamam, gücləndirici-diskriminator, gücləndirici-fazainvertor, çığan-bığan, çul-çaput, zahirigöyçək-batiniçirkin, şirni-piçi, şaraq-şuraq, qır-qırtış, çəm-xəm, çəm-xəmli, çəm-xəmlik, çəm-xəmetmə, çəm-xəmsiz, çırtı-pırtı, çırtı-pırtılıq, çırt-pırt, çırt-pırtetmə, çırt-pırtlı, çırt-pırtlıq, çırt-pırtsız, qab-qacaq, qoruq-qaytaq, qərib-qürüb, ufaq-tufaq, kran-ştabelyator, follikul-stimulyasiyaedici, fibroz-kavernoz, çürük-mürük və s.
Eyni bir sözün təkrarı ilə, habelə iki ayrı sözdən düzəldilmiş və defislə yazılmış mürəkkəb sözlər vardır: höt-höt, hürə-hürə, harfa-harfa, xoşam-xoşam, xurd-xurd, pişim-pişim, güdə-güdə, domuşa-domuşa, hətərən-pətərən, ədəli-düdəli, hərdə-hürdə, haşan-kaşan, həlləm-qəlləm, alax-bulax, prays-list,və s. Bu sözlərin hər iki hissəsi təklikdə də lüğətdə olmalıdır. Çünki bu qayda ilə söz yaratmaq üçün həmin söz lüğətdə öz yerində olmalıdır ki, onu təkrar yazıb arasına defis qoyaraq yeni mürəkkəb sözün yaradılmasını, bir növ, qanuniləşdirmək mümkün olsun.
Bitişik yazılmış bəzi mürəkkəb sözlərin də ikinci hissəsini təşkil edən sözlər lüğətə salınmamışdır: müşkülgüşa, çənəçürk, çənəçürklük, başıdümük, bədlöyün, bədrəviş, bəniziqaçıq, ikişaşkalı, islahpəriz, islahpərizlik, ağpapur, ərkəsöyün, ərkəsöyünlük, ağızsürütməsi, gözgörəti, əhvalpürsan, əhvalpürsanlıq,silsiləcünban, qaraqınıq, quşsəkişi,quşalusu, quşsüdülü, videopleyer, üzgörən, şahnişin, həmnişin,dəmşalaq, canasinərlik, antidot, koroğluçortoysu, qaratəpməcə, qarapirimli və s.
Əgər mürəkkəb söz defislə və ya bitişik yazılmasından asılı olmayaraq 2 sözdən ibarətdirsə, hər iki söz ayrılıqda öz yerində də olmalıdır. Elə mürəkkəb sözlər vardır ki, onların birinci hissəsini təşkil edən sözlər lüğətə salınmamışdır: borotbağı, munts-metal, monel-metal, müruri-zaman, səlimotu, cülmətikmə, donuşuqölçən, qəzvəaltı, körkiçiçək, ins-cins,sədheyf, qonum-qonşu, şenibığ və s. Nədənsə, “yarıyağlov-yarıhis qazan” və “yarıhis-yarıyağlov qab-qacaq” mürəkkəb sözlərinin tərkib hissəsi olan “yağlov” sözü lüğətdə yoxdur.
Bəzi sözlər ayrılıqda dəqiq orfoqrafik şəklə malikdir. Lakin başqa bir sözlə birləşən kimi onun yazılışında dəyişiklik baş verir: pencər/qızıl-pəncər, yurd/yurtyeri, əbrişim/güləbrişin, qurd/alaqurt, azad/azatağacı, qıjı/acıqıcı, kontrast/yüksəkkontras, kontrastlı/yüksəkkontraslı,əncir/suincilotu, eroziya/termoerroziya, yemlik/dəliyemilik,dozator/hopper-dazator və s.
Lüğətdə “arakçeyevçilik”, “maxnoçuluq”, “antonovçuluq”, “frankoçuluq”, “antifranko- çuluq”, “xlestakovçuluq”, “hökumətbazlıq”, “harambazlıq”, “məddahçılıq”, “bıçaqçılıq”, “bü- rünckarlıq” və s. sözlər vardır. Lakin “-lıq, -lik, -luq, -lüq”, “-çı, -çi, çu, -çü”, “-baz” və “-kar” şəkilçiləri vasitəsilə həmin sözləri yaratmaq üçün hökmən lüğətdə “arakçeyevçi”, “maxnoçu”, “antonovçu”, “frankoçu”, “antifrankoçu”, “xlestakovçu”, “hökumətbaz”, “harambaz”, “məddahçı”, “bıçaqçı”, “bürünckar” və s. sözlər də olmalı deyilmi?
Azərbaycan dilində “birhərfli” sözündən yalnız “birhərfli söz” və “birhərfli heca” mürəkkəb sözlərini düzəltmək istifadə etmək mümkündür. Bu iki məfhumu isə yalnız “o” sözü barədə işlətmək mümkündür. Məhz həmşəxs əvəzliyi, həm də işarə əvəzliyi olan “o” sözünün bəxti gətirməmişdir: ona lüğətdə öz yerini tutmağı rəva görməmişlər. Həm də onun əsasında “ocuğaz”, “ocuğazca”, “ocuğazcana” kimi süni və yöndəmsiz sözlər düzəldib lüğətə yerləşdirmişlər. Bundan əlavə “o” sözünü müxtəlif sözlərin əvvəlinə bitişdirib və sonuna “-ri”, “-lıq”, “-cə”, “-dan”, “-sız”, “-un” şəkilçilərindən müvafiq olanını artırıb 40-a yaxın söz düzəldib lüğətə daxil etmişlər. Belə çıxır ki, tərtibçi lüğətdə olmayan “o” sözündən əməlli-başlı faydalanmışdır. “O” işarə əvəzliyi təyin kimi isimlərin qarşısında işlənə bilər. Həmin təyini söz birləşmələri isə ayrı yazılır və onlar orfoqrafiya lüğətinin materialı deyildir. Lüğətdə “o” işarə əvəzliyinin bitişik yazılması ılə düzəldilmiş çoxlu mürəkkəb söz vardır. Lüğətdəki “hm” (söz deməyə adamın dili də gəlmir və o heç heca da deyildir) hərf cütlüyünün orfoqrafiya lüğətinə salınması da təəccüb doğurur.
Lüğətdə çox qəribə sözlərə rast gəlmək olur: porşensizlikdən (!), göstəriliş, unüyütmə (unu üyütməzlər, taxılı, dəni üyüdərlər), eksprezidentlik, eksskiperlik (görəsən, bu son iki “vəzifənin” səlahiyyət müddətini kim müəyyənləşdirir?), atletikaçı (lüğətdə “atlet” sözü vardır və ona heç bir ehtiyac yoxdur), fiktif (!), roman-qəzet (heç “Rus dilinin orfoqrafiya lüğəti”ndə də belə söz yoxdur), yulafsöz (sözün yulafla nə əlaqəsi ola bilər?), qarannı (lüğətdə dilimizə yad olan “-nı” şəkilçisi qoşulmuş başqa bir söz yoxdur və onun nə demək olduğunu aydınlaşdıra bilmədik), pedtexnikumbitirmə, pedməktəbqurtarma, pedinstitutbitirmə (nədənsə, birini bitirir, o birilərini isə qurtarırlar), ağqılçıq düyü (düyünün qılçığı olmur, çəltiyin qılçığı olur), tənəkdolması (!) (“yarpaqdolması” ilə müqayisədə çox mənasız sözdür), nasir-nasir (?) (niyə “şair-şair” yaddan çıxarılıb?), ikivimpelli (?) cənnətquşu,səfirxana, söyüşçülük, sualçılıq, sovetoloq-islamşünas, uzunəsrlik, uzunillik (yəni bir əsrdən də, bir ildən də uzun?),zərrədin, götürübbə (?), tutqurusu-çörək (nədənsə, “əncirqurusu”, “ərikqurusu” sözləri lüğətə salınmayıb), əks-əlifba, sirriqalın, sıxılabilməz, sıxılabilməzlik, selkənaredən, təkəsaqqız (çox güman ki, “təkəsaqqal” olmalıdır və belə bir söz lüğətdə yoxdur),tülküsaqqal (tülkülərin saqqalı olmur), kuba-qayığabənzər, cinkimilik,və s.
Əgər lüğətə “karuseləminmə” və “parovozminmə”(!) sözləri salınıbsa, niyə də “qataraminmə”, “avtobusaminmə”, “təyyarəyəminmə”, “gəmiyəminmə”, “faytonaminmə”, “arabayaminmə” və c. sözlər kənarda qalmalıdır? “Poniminən” sözü varsa, “dəvəminən, “ataminən”, “ulağaminən”, “qatıraminən” və s. sözlər də lüğətdə olmalı deyilmi? Əgər “nərddəuduzma” sözü orfoqrafiya lüğətimiz üçün elə vacib sözdürsə, nə üçün “şahmatdauduzma”, “dominodauduzma”, “kartdauduzma”, “güləşdəuduzma”,“yarışda- uduzma”, “müsabiqədəuduzma”və s. sözlərə lüğətdə yer verilməmişdir? “Balıqəti” sözü olan lüğətdə “maləti”, “qoyunəti”, “danaəti”,“atəti”, “dəvəəti”, lap elə “itəti” və s. sözlər də öz yerlərini tutmalı idi. “İkicamışlı” və “ikiatlı” sözləri olan lüğətdə “ikiöküzlü”, “ikibuzovlu” və s. sözlər də olmalıdır. “Komsomolka” və “feministka” sözlərilüğətdən kənarda qalmalıdırsa,nə üçün “kommunarka” sözünə yer verilməlidir?
Cəmisi bir-iki hərfi səhv yazmaqla eyni bir söz lüğətə 2 dəfə yazılmışdır: şonqar və şunqar, feldeger və feldyeger, diklomasiya və deklamasiya, lə (mus.) və lya (mus.), suraqat və surroqat, komuflyaj və kamuflyaj, komissiya və komitsiya, köktürk və göytürk, kompensaedici və kompensasiyaedici, boza, içki və buzə, içki və s. “Açarınıitirmə” və “açarınıitirən” sözlərini lüğətə salınmağına dəyməzdi. Yaxşı ki, tərtibçilərbu əməliyyatı saatını, kitabını, qələmini, gözlüyünü, pulqabısını, noutbukunu və s. yüzlərlə başqa əşyalarını itirənlərə də şamil etməyiblər.
Lüğətdə “böyükmiqyaslı”, “böyüktutumlu”sözləri varsa, “kiçikmiqyaslı”, “kiçiktutumlu”sözləri də olmalı deyilmi? Nə üçün “Ağstafa”, “Göygöl”, “Ağdam”, “Dəllər” və bu qəbildən olan xeyli söz dırnaqlardan təcrid edilmiş və kiçik hərflərlə yazılaraq lüğətə daxil edilmişdir? Axı onlar xüsusi isimlərdir, konkret məhsul adlarıdır.
“Panafrikanizm”, “panərəbizm”, “paniranizm”, “panamerikanizm”, “panellinizm” sözləri var, amma bu hərəkatların sıravi üzvlərini bildirən “panafrikanist”, “panərəbist”, “paniranist”, “panamerikanist”, “panellinist” sözləri lüğətdə yoxdur. Üstəlik “panafrika”, “panafrikaçılıq”, “panafrikançı”, “panirançı”, “panirançılıq”, “panamerikançı”, “panislamçı”, “panislamçılıq” və “panislamistlik” sözlərini lüğətə daxil etmiş tərtibçi, görəsən, nəyi əsas götürmüşdür.
Tərtibçi “üçrəngli”, “üçpilləli”, “üçulduzlu”, “üçyaşlı”, “üçqulaqlı”, “üçbaşlı”, “üçayaqlı”, “üçağızlı” sözlərinin şəkilçisiz variantlarını – “üçrəng”, “üçpillə”, “üçulduz”, “üçyaş”, “üçqulaq”, “üçbaş”, “üçayaq”, “üçağız” sözlərini əbəs yerə birləşdirib lüğətə salmışdır. Halbuki, çox haqlı olaraq, “üçsaatlı”, “üçsəsli”, ”üçsıralı”, “üçotaqlı”, “üçqapılı”, “üçqütblü” (?) və s. sözlərin şəkilçisiz variantlari birləşdirilib lüğətə daxil edilməmişdir.
“Tüfəngsiz”, “tanksız”, “tapançasız”, gülləsiz” kimi sözlər lüğətə daxil edilibsə, “təyyarəsiz”, “raketsiz”, “artilleriyasız”, “mərmisiz”, “bombasız”, “xəncərsiz” və s. kimi sözlər, nədəncə, unudulmuşdur. Ümumiyyətlə, “-sız, -siz” şəkilçisi olan çoxlu lüzumsuz sözlər “yaradılıb” lüğətə salınmışdır.
Əgər “aprel-may” və “avqust-sentyabr” kimi mürəkkəb sözlərin lüğətimizdə olması çox vacibdirsə, niyə o birisi ay cütlüklərindən imtina edilmişdir? Bu nəşrdə də hicri təqvimin aylarındanyalnız “məhərrəm” sözünə “ay” izahı yazılmışdır. Yaxşı olardı ki, onların hər birinə “hicri təqvimin ayı” izahı veriləydi.
Tərtibçilər “mürtədoğlu”, “müzüroğlu”, “köpəkoğlu”, “zırbazıroğlu” və s. sözləri lüğətə salmağı vacib sayıblarsa, nə üçün “mürtədqızı”, “müzürqızı”, “köpəkqızı”, “zırbazırqızı” və s. sözləri unudublar?
Görünür, tərtibçinin “fərclənmə” və “fərclənmək” sözlərinin əsasını təşkil edən “fərc” sözünün ərəb dilində ədəb dairəsindən kənara çıxan söz olduğunu bildirmişMirzə Fətəlinin məşhur göstərişindən xəbəri yoxdur. Lüğətdə elə ərəbsözləri vardır ki, onlari başa düşmək üçün “Ərəb və fars sözləri lüğəti”nə baxmaq lazımdır.Lüğətdəki ərəb dilindən alınmış bəzi sözləri indi başa düşmürlər və müasir dilimizdə heç kim onlardan istifadə etmir: büğz, anən, anən-fəanən, vanəfsa,inhizam, inkisar, inqiraz, ibtila, inziva, istisqa, iktifa, inhina, inhitat, inhiraf, iştiyaq, izdiyad, izal, iştibah, iştihab, bürudət, hakəza, kunfəyəkun, ləntərani, əşər, müxtəre, əleyh, əslihu-nəslihu, istimdad, inabət, ilələbəd, hifzüsəhhə, bittəmam, filfövr, mütəlla, mayəhtac, şüğülzimmə, yahu, anən-fəanən,qərzən, ələlxüsus (“xüsusilə” sözü onu tam əvəz edir), əknaf, əcuzə, əkkas,yovm, yovmi, yovmiyyə, dəqqülbab, tətəbbö, təməssük, təməvvül və s. Bunlar dilimizin müasir orfoqrafiya lüğətinin materialı deyildir. Ərəb dilində “müştəba”, “səfhə”, “rüsxət”, “bivəhm”sözləriyoxdur, “müctəba”, “səhfə”, “rüxsət” və “bifəhm” sözlərivardir. Başqa dillərdən söz götürmənin də öz qaydaları var və onlara da əməl edilməlidir.“Əlbəttə” sözü varsa, “əlbət”, “ələlbət” və “ələlbəttə” sözlərinə heç bir ehtiyac yoxdur. Çünki onlar “əlbəttə” sözünün məna çalarını artırmır və dəyişdirmir. “Filbahar” çiçək olsa da çox qəribə sözdür. “Bahar” fars sözüdür və ərəb dilinin “fi” ön qoşmasını və “əl“ artiklini fars sözünə qoşub Azərbaycan dilində yeni söz düzəltmək çox nadir haldır. “Ər-ər, ardıc” sözü ərəbcədəkikimi defissiz yazılmalıdır. Mütəxəssislərimiz onu “ardıc” adlandirirlar (lüğətimizdə belə bir söz vardır) və “ər-ər” sözündən istifadə etmirlər.Lüğətdə “şəfəqqət” və onun əsasında “düzəldilmiş” daha 5 söz vardir. Lakin ərəb dilində “şəfəqqət” sözü yoxdur. Əsl ərəb sözü “şəfqət” əsasında olan 10 söz lüğətdə vardır və onlar “şəfəqqət” və ondan “yaradılmış” həmin o 5 sözü tamamilə əvəz edir. “Qəta”, “qətən”, “felən”, “rəşə”, “rüqə”, “səcli”, “təmim”, “təlif”, “şəri” və c. kimi ərəb sözləri apostrofla yazılanda onların mənası və etimologiyası müəyyən dərəcədə aydın idi. İndi onlar apostrofsuz yazıldığına görə müəmmalı sözlərə çevriliblər. Onlardan tamamilə imtina etmək də olardı. “Mehvər”, “mehvərin- dənçıxma”, “mehvərindənçıxmış” sözlərindəki “meh” farsca deyildir. Onlarin əsasını ərəb dilində “orbita” mənasında olan “məhvər” sözü təşkil edir.
Lüğətdə çoxdan işlətmədiyimiz və lazım olmayan fars sözləri də vardır: bürüştə, xahnəxah, varəstə, vəhalonki, vəh, dadgər, dadxah, dadrəs, dadgül, didar, firiştə, nişibi-fəraz, nəşvü-nüma,dərdəst, aşüftə, aşüftəhal, bipayan, damən, bidadgər, bərcəstə, bərfərz, rubəru, ənduh, ənduhnak, ənfiyədan, şümarə, səmənbuy, göft, göftar, göftigu, suznak, çifayda, nabəca, naşayəstə və s. Əsli farsca olan “dəhyek” və “həştad” saylarıvə axırıncıdan düzəldilmiş sözlər nəyimizə lazımdır? Farscadan götürdüyümüz “dilara”, “dilaram”, “dildadə”, “dildar”, “diləfkar”, “dilxun”, “dilfirib”, “dilxah”, “dilrüba”, “dilsuz”, “diləfsürdə” və s. sözlərin bizim “dil” sözü ilə heç bir əlaqəsi yoxdur.Həmin sözlərin “dil” hissəsi farsca “del” şəklində tələffüz edilir və “ürək, kənül” mənasını verir. Biz isə onları dilimizdəki “dil” sözü ilə bağlı sözlər kimi qəbul edirik.
Ümumiyyətlə, dilimizin lüğətlərindəki ərəb və fars sözlərinin çoxuna yenidən münasibət bildirmək lazımdır. Onları saf-çürük edib, çoxlarından imtina etmək lazımdır. Çünki onları bir neçə əsr bundan əvvəl daxil edənlər öz dövrlərinin tələblərini nəzərə alıb hərəkət etmişlər. İndi həmin sözlərin çoxu dilimizin məntiqi tələblərinə davam gətirmir.
Elmi terminlərdə çoxvariantlılıq məqbul sayılmır, yəni, hər şey öz adı ilə adlandırılmalıdır. Məgər lüğətdə botanika terminləri kimi təqdim edilmiş “gavalıkimi(-lər)” və “gavalımeyvəli(-lər)”, “xaşxaşçiçəkli(-lər)” və “xaşxaşyarpaqlı(-lar)”, “zanbaqkimi(-lər)” və “zanbaqçiçəklı(-lər)”, “zeytunkimi(-lər)” və “zeytunçiçəkli(-lər)”, “narkimi(-lər) və “narçiçəkli- (-lər), “gicitkənkimi(-lər) və “gicitkənçiçəkli(-lər)” və s. cütlükləri eyni bir məfhumu ifadə etmirmi? Lüğətdəki “gülkimi(-lər)” və “gülçiçəkkimi(-lər)” terminləri çox qəribə görünür. Türk dilində “gülkimi(-lər)” azərbaycanca “qızılgülkimi(-lər)” deməkdir və nədənsə, bu söz lüğətimizdə yoxdur.. Eyni bir məfhumu bildirən “gül” və “çiçək” sözlərini birləşdirib termin yaratmaq dilimizin məntiqinə uyğun gəlmir. Burada kiçik bir məsələni də nəzərə çarpdırmaq lazımdır.Lüğətimizdə “boruçiçəkli(-lər) sırası” sözü vardır. “Sırası” sözü izahedici söz kimi bu boyda lüğətdə cəmisi bir dəfə yalnız burada işlədilmişdir. Belə çıxır ki, “sırası” sözü yalnız “boruçiçəkli(-lər)” termininə xidmət edir. Ötən nəşrdə “sırası” sözü çox işlədilmlşdi. “Muradçiçəkli(-lər)” və “durnaçiçəkli(-lər) mürəkkəb sözlərinin birinci tərəflərini təşkil edən və cəmisi bir-neçə sətir yuxarıda yerləşən “murad” və “durna” sözlərinə “ot”, “bitki” və ya “botanika” izahlarından birini yazmaq lazim idi. Lakin “murad” və “durna” adlı bitkilərin olması adamda şübhə doğurur.Ümumiyyətlə, tərtibçilər ayrı-ayrı elm sahələrinin terminlərindən ibarət rusca-azərbaycanca lüğətlərə ehtiyatla yanaşmalı idilər.
Lüğətdəki “abırsız-abırsız”, “utanmaz-utanmaz”, “həyasız-həyasız” və s. sözləri dilimizə lap çoxdan daxil etmişlər və bizdə qəbul etmişik. Bununla belə, lüğətə ilk dəfə daxil edilmiş “məzhəbsiz-məzhəbsiz danışmaq”, “şaqqıltısız-şaqqıltısız”, “utanmaya-utanmaya”, “mərhəmətsiz-mərhəmətsiz”, “inamsız-inamsız”, “ismətsiz-ismətsiz” və s. sözlər adamın qulağını cırmaqlayır. Əgər “-ma” və “-sız” şəkilçiləri hərəkətin olmadığını 2 dəfə təsdiqləyirsə, deməli, həmin məfhumlar da yoxdur.
Məntiqsiz sözlərə də rast gəlmək olur: ölücəsinə, alaməzhəb, yarımallah, yarimrəqs, yarımrütbəli, yarımşivə, yarımləhcə, yarımpauza, yarimzarafat, yarımuzunluq, düşünücü, düşünüş, düşünülmə, paltava(?), qılbaş, qılbaşlıq, ölübaşlı,dəhliz-ilbiz, yavanlıqsızlıq, petroiqtisadi,planşayba, azotquyruqlu(-lar), sıxılabilən, sıxılabilməz, sıxılabilinən, sıxılabilinməz, sıxılabilinməzlik və s. Nə üçün “Tanrı” sözünə yalnız ərəb dilinə xas olan “Təala” sözü artırıb “tanrı-təala” sözü “yaradıb” lüğətə salmışlar? Məgər tərtibçi bilmir ki, “Təala” yalnız “Allah” sözünə artırılıb defislə yazılır. “Tanri” sözünün isəəvvəlinə “Uca” sözü artırılır və ona bitişdirilmir. Məhz buna görə də orfoqrafiya lüğətlərinə salınmır. Lüğətdəki “allah-taala” sözü əbəs yerə kiçik hərflə yazıb daxil etmişlər. “Səkkizrəngli” sözü təəccüb doğurur. Məgər cəmisi 7 rəng mövcud deyilmi? Yaxud da “üçqütblü” necə ola bilər? Dünyada cəmisi iki qütb – şimal və cənub qütbləri mövcuddur. “Beşsaatlı oğlan”, “beşsinifli şagird”, “beşqılçalı masa”, “qursağıcinli” sözləri heç bir məntiqə davam gətirmir.
Nədənsə, 5-ci nəşrdə olan “hürkmək” sözünün və ondan düzəldilmiş 30-a yaxın sözün əvvəlindəki “h” hərflərini atıb onları “ürkmək” və s. sözlərə çevirib “ü” hərfinin ixtiyarına vermişlər. Görünür, “h” hərfinin tərtibçisi “ü” hərfinin tərtibçisinə layiqincə müqavimət göstərə bilməmişdir. Yeri gəlmişkən, “Azərbaycanca-rusca lüğət”də həm “hürkmək”, həm də “ürkmək” sözləri vardır və onlardan düzəldilmiş sözlər təqribən eyni kəmiyyətdədir. Yalnız “hürküntü” sözününmüqabili hesb edilə biləcək “ürküntü” sözü yarada bilməyiblər.
Əsasən xarici sözlərə artırılan “-fob” və “-fobiya” sonluqları ilə düzəldilmiş sözləri lüğətdə barmaqla saymaq olar. Cəmisi bir neçə söz qoşa şəkildə verilmişdir: “rusofob” və “rusofobiya”, “hidrofob” və “hidrofobiya” (sonuncu cütlüyə hətta “hidrofobluq (fiz.)” kimi müəmmalı söz də əlavə edilib, halbuki, “fob” sonluğu olan sözə “-luq” sonluğu yamaq kimi bir şeydir).Çox düzgün olaraq “fob” və “fobiya” ayrıca sözlər kimi də verilmişdir. “Ksenofobiya”, “fobofobiya”, “faqofobiya”, “talassofobiya” və “tokofobiya” sözləri vardır, amma “ksenofob”, “fobofob”, “faqofob”, “talassofob” və “tokofob” sözləri yoxdur. Bu sonluqlar əsasında düzəldilmiş bir çox sözü lüğətə daxil etmək olardı: zoofobiya, ornitofobiya, kinofobiya, radiofobiya, telefonofobiya, farmakofobiya, travmatofobiya və s.
Tərtibçilər dilimizin sözyaratma materiallarından olan və özündə geniş elmilik ehtiva edən “-şünas” və “-şünaslıq” sonluqları ilə düzəldilmiş sözlərdə isə ifrata varmışlar. Əvvəla, bu sonluqlarla işlədilən sözlər hökmən qoşa olmalıdır. Məsələn, metalşünas və metalşünaslıq, ərəbşünas və ərəbşünaslıq. Lakin lüğətdə ya “-şünas” sonluğu olan söz, ya da “-şünaslıq” sonluqlu söz tək qalmışdır. Lüğətdə“planetşünas” sözü var, “planetşünaslıq” sözü isə yoxdur. “Qruntşünaslıq”, “karstşünaslıq” sözləri var, amma “qruntşünas”, “karstşünas” sözləri yoxdur.Çoxlu süni sözlər vardır: balıqşünas (“ixtioloq” kifayət idi), cəbrşünas, lüğətşünas, okeanşünas (“okeanoloq” və “okeanoqraf” sözləri elmin bu sahəsi üçün kifayət idi və “okeanologiya” sözünü unutmaq lazım deyildi, “okeanoloqluq” isə qondarma sözdür), kuklaşünas, xətşünas, zəlzələşünas (“seysmologiya” sözü kifayətdir və lüğətdə “seysm” kökündən düzəldilmiş 25 söz, “zəlzələ” sözündən isə cəmisi 12 söz vardır), genderşünas, gölşünas,buzlaqşünas, xəritəşünas (“kartoqraf” sözü də vardır), iqlimşünas (“klimatoloq” sözü də vardır), sikkəşünaslıq (bu məfhumu ifadə etmək üçün “numizmatika” sözü də vardır),“nəbatatşünas” (“botanik” sözü asanlıqla onu əvəz edir) və s. “Mirzəcəlilşünaslıq” ilə bərabər “məmmədquluzadəşünaslıq” sözü də vardır. Yəqin ki, lüğətimizin 7-ci nəşrində “axundovşünaslıq” sözü ilə yanaşı “axundzadəşünaslıq” sözü da olacaqdır. Vaxtında “mirzəfətəlişünaslıq” sözü qəbul edilsəydi, daha yaxşı olardı. “Monqolistika” sözü varsa, “monqolşünaslıq” sözü yaratmaq lazım deyildi. Bizə lazım olan “dinşünas” və “dinşünaslıq” sözlərini daxil etməyi isə unutmuşlar. “Napoleonşünas”, “şeirşünas”,“ovşünas”, “kitabşünas”bizə çox lazım idi? “Germanşünas” və“latınşünas” sözləri düzəltməkdənsə, “germanist” və “latinist” sözləri ilə kifayətlənmək olardı. Lüğətdə “filoloq-germanist” sözü də vardır. “Fizik” sözü varsa, qəribə səslənən “fizikaşünas” nəyə lazım idi?Rus dilində “rusist” və “rusistika” sözləri vardır. Biz isə onlar üçün xüsusi olaraq “rusşünas” və “rusşünaslıq” kimi sözlər icad etmişik.
Məhz bu məsələ ilə birbaşa əlaqəsi olan kiçik bir məsələyə də toxunmaq istəyirəm. Lüğətdəki “vəzifəşünas”, “haqşünas”, “haqnaşünas”, “nüktəşünas”, “qədirşünas” və s. sözlər fars dilindən götürülmüşdür. Farsca həmin sözlərin sonluğu “-şünas”kimi deyil, “-şenas” kimi tələffüz edilir. Həmin sözlərin dilimizdəki olduğunun əksinə olaraq fars dilində dərin elmi tədqiqatçılıqla heç bir əlaqəsi yoxdur. Həmin sözlər farsca müvafiq olaraq “öz vəzifəsini dəqiqliklə yerinə yetirən”, “ədalətli”, “ədalətsiz, haq-say itirən”, “lətifəsevən, incə və dərin mənalı sözlər bilən”, “yaxşılığın qədrini bilən” mənalarini verir. Bizım dilimizdə isə onların dərin tədqiqatçılıqla məşğul olduqları zənn edilir.
“Lüğətin quruluşu”nda sıra saylarınin necə yazılması qaydaları göstərilir. Məsələn, “yüzüncü, 100-cü, C”, “beşyüzüncü, 500-cü, D”, “mininci, 1000-ci, M”. Lüğətin özündə isə bu qaydaya yalnız “yüzüncü” və “mininci” sözlərinin yazılışında əməl edilmişdir. “İkiyüzüncü” sözü ümumiyyətlə lüğətə salınmamış (heç 5-ci nəşrdə də yox idi), yerdə qalanlarını isə “üçyüzüncü”, “dördyüzüncü”, “beşyüzüncü”, “altıyüzüncü”, “yeddiyüzüncü”, “səkkizyüzüncü” və “doqquzyüzüncü” şəklində verməklə kifayətlənmişlər.Sıra sayları barədə başqa bir mülahizəm də vardır. Əgər “beş yüz” miqdarsayına “-cü” şəkilçisi artıranda onu bitiçik yazıb lüğətə salmaq mümkündürsə, niyə bu qaydanı digər mürəkkəb miqdar saylarına, məsələn, on bir, on doqquz, iyirmi beş, otuz yeddi və s. sözlərə də tətbiq edərək onları da “onbirinci”, “ondoqquzuncu”, “iyirmibeşinci”, “otuzyeddinci” və s. şəklinəsalıb orfoqrafiya lüğətinə daxil etməyək? Əgər lüğətdə “birincisi”, “üçüncüsü”, “dördüncüsü” və “doqquzuncu” cözləri varsa, nə üçün “beşincisi”, “altıncısı“, “onuncusu”, “iyirmincisi”, “yüzüncüsü” və s. də olmasın? Lüğətdə “iyirmicə”, “otuzca”, “əllicə” və s. sözlər vardır, amma “onca”, “qırxca”, “yetmişcə” sözləri yoxdur. Yaxşı olardı ki, “oncildlik”, “altısaatlıq”, “dördyüzillik”, “iyirmimərtəbəli”, “altıballıq” və s. sözlərdən sonra vergül yazıb onların “10-cildlik”, “6-saatlıq”, “400-illk”, “20-mərtəbəli”, “6-ballıq” variantları da veriləydi. Çünki mətbuatda onların defissiz yazılışına da rast gəlmək olur.
Lüğətdə çoxlu rus və Azərbaycan sözlərindən ibarət paralellər vardır: boksyor/boksçu, polyus/qütb, kliyent/müştəri, kiosk/köşk, xorist/xorçu, kist/fırça, kriteri/meyar, lepta/pay, sapyor/istehkamçı, lom-ling, leopard/bəbir, resurs/ehtiyat, şpion/casus, veneroloji/zöhrəvi, ekonomist/iqtisadçı, kirka/külüng, kolorist/rəngçi, tokar/tornaçı, advokat/vəkil, kontrol/nəzarət,milyoner/milyonçu, milyarder/milyardçı (nədənsə, tərtibçi “multimilyoner” və “multimilyarder” sözlərini lüğətə daxil etməyi unudub), taqanok/sacayağı, kiparis/sərv, svetofor/işıqfor, barsuk/porsuq, veranda/aynabənd, filatelist/filatelçi, mazdaizm/məzdəkizm, barbaris/zirinc, koloniya/müstəmləkə, kolonialist/müstəmləkəçi, internasionalist/beynəlmiləlçi, pozitsi- ya/mövqe, xaldey(-lər)/kəldani(-lər), oçerkist/oçerkçi, talant/istedad, freydist/freydçi, mol/dalğaqıran, illüstrator/illüstrəçi, kompensasiya/müavinət, şofer/sürücü, vodolaz/dalğıc,marodyor/qarətgər, atomist/atomçu, avantürist/avantüraçı, aviator/aviasiyaçı, bayro- nist/bayronçu, intriqan/intriqaçı, brakonyer/brakçı, dekanat/dekanlıq, dizayner/dizaynçı, memuarist/memuarçı, meşə-step/meşə-çöl, admiraltet(?)/admirallıq, doker-dokçu (“tərsanəçi” ikisini də əvəz edir), raxitik/raxitli, feniks/simurğ, legioner/legionçu, leksiya/mühazirə, lektor/mühazirəçivə s. Məişətdə çoxlu rus sözləri işlədirik. Lakin bu heç də o demək deyildir ki, həmin sözləri də orfoqrafiya lüğətinə daxil etməliyik.
Bəzi sözlərin azərbaycanca ikivariantlığına son qoyulmalı idi: qırov/qrov, pıtraq/bitraq, aldatmaq/allatmaq, qarabaş/qaravaş, molokan/malakan, allaf/əllaf, çoşqa/çuşka, kamboca- lı(-lar)/kampuçiyalı(-lar), arsen/arsin, səhəng/sənək, ferromaqnit/ferrimaqnit, ferromaq- netik/ferrimaqnetik, ferromaqnetizm/ferrimaqnetizm, birrelsli/monorelsli, yəzidilik/yezidilik, yəzidi(-lər)/yezidi(-lər), yelənciri/yerənciri, parlament/parlaman, cantıraq/cantaraq və s. Məgər “ödək”, “öddək”, “ödlək” sözləri bir məfhumu bildirmirmi? Lüğətdəki “lümlüt” və “lüt-lüm” sözlərinin mənasında nə kimi fərq vardır ki, birisi bitişik, digəri isə defislə yazılsın?
Bu sözlər azərbaycanca deyil, ruscadır: pripiska, zubul, navar, spontan, tiran, pirs, portulak, dzot, ladan, tryuk, trüm, qazturboxod, qazturbovoz, turbobur, turbaza, povidlo, podval, podzol, polotno, yexidna, ştolna, lütnya, ssuda, obliqasiya, konkurs, kompaniya, minonos (biz “minadaşıyan” işlədirik), korsar, pirat (bu sözün özü də, onun izahı da ruscadır), kolonna, koloniya, kolonial, kolonialist, zipdisk (onun “zibdisk” variantı da vardır), ispolkom, ekonomist, zola, qazel, taqanok, zapal,zalp, smerç, proobraz, pritça, polyus, qranat, şturmla almaq, vodolaz (ondan düzəldilmiş daha 3 söz vardır),balaxon, valun, kopyor, koşar, çulan, xozeyin, siren (onun əsasında lüzumsuz “sirenli” və “sirensiz” sözləri də “yaradıblar”), burlak, paroxod, lepta, mol, los, mir, kiosk, kirka, konslager, kolodka, kliyent, kolonna, kotelok, qa (bu 2 hərflə ruscadakı “qektar” sözünün ixtisarının əks etdirildiyini zənn etmək olar), etap, qirland, purpur, rıtsar, tuberkulyoz, tranşey və s. Rus sözləri heç də həmişə dilimizin orfoqrafiya lüğətinin materialı olmağa yaramır.
Lüğətdə bir qayda olaraq “-bənzər” və “-bənzərlik” sonluqları olan sözlərdən sonra onun “-oxşar” və “-oxşarlıq” sonluqları olan variantları gəlir: çinarabənzər, çinarabənzərlik, çinaraoxşar, çinaraoxşarlıq. Lakin tərtibçi“çalayabənzər” və “çalayaoxşar”, “çirişəbənzər” və “çirişəoxşar” sözləri ilə kifayətlənmiş, onların “-lik” və “-lıq” sonluqları olan variantlarını unutmuşdur. “Kəhrəbayaoxşar” sözü vardır, amma “kəhrəbayaoxşarlıq”, “kəhrəbayabənzər” və “kəhrəbayabənzərlik” sözləri yoxdur. “Antivaşinqton” sözü olan lüğətdə “antilondon”, “antiparis”, “antiberlin” və c. sözləri də olmalı deyilmi?“Forsajlı” sözü vardır, amma “forsaj” sözünün özü lüğətə salınmamışdır. “Tarzan” var, “mauqli” yoxdur. Lüğətə “bozdar, it adı” salıblar, “məstan” sözünə isə “pişik adı” izahı yazmağı isə unudublar. “Kosmonavt-kişi” sözü olmayan bir lüğətdə “təyyarəçi-kişi” sözü nəyə lazımdır? “Ermənilik” sözününlüğətə daxil edilməsi məqbul haldır. Lakin “taciklik”, “özbəklik”, “tatarlıq”, “çeçenlik” sözləri suni sözlərdir.Onlarda nə isə bir mənfilik mənasının olmaslnl nəzərə almaq lazım idi.
“Qarğış” izahı ilə verilməli olan sözlərin çoxu lüğətdə yoxdur: yarımamış, gözüçıxmış, ocağısönmüş, oğlanölmüş, gəlinölmüş, ətitökülmüş, çərdəymiş, ürəyiyanmış, ortadaqalmış,goruçatlamış və s. Lüğətdə bu qəbildən olan çoxlu sözə isə “qarğış” izahı verilməmişdir.
Çoxlu adi söz birləşmələri heç bir əsas olmadan birləşdirilib lüğətə salınmışdır: səndemə, busaat, osaat, odəqiqə, ondabir, yüzdəbir (bu qəbildən olan çoxlu söz vardır), önsöz, icraaparatı, bədxəbər, şadxəbər, qaraxəbər, mühümdənmühüm, müqayisəsizəruri,qabırğasöhbəti və s. Bəzi təyini söz birləşmələrini əbəs yerə defislə yazıb lüğətə daxil etmişlər:çağa-dövlət (dilimizdə “cırtdan dövlət” sözü vardır və belə bir səviyyəsiz sözə heç bir ehtiyac yox idi), tərsimi-həndəsə (“tətbiqi riyaziyyat” sözü kimi ayrı yazilmalıdır və lüğətə yerləşdidrilməməli idi), aviasiya-dispetçeri (“aviadispetçer” şəklində olsaydı daha məqbul hesab edilərdi) və s.
Heç bir lüzum olmadan 3, bəzən 4 sözdən ibarət olan adi ifadəni bitişik yazıb lüğətə daxil etmişlər: yumurtadanyunqırxma, həyatəmələgəlmə, özünütəcridedən, özüişəgirən, özxərciniçıxarma, qurununodunayanma, növəmələgətirmədənqalma, oaydanqalma, nitq¬pərdazlıqetmə, srağagündənqalma, vətəndaşlıqdanməhrumetmə, şərəxidmətetmə, xala- xətrin¬qalmasın, süründürməçiliketmə, şeytanapapıştikən, tədricilikdənuzaqlaşan, şitinşorun¬çıxar¬dan, qusdurub-burnundangətirmə, başmaqseyrinıçıxma, qurdalayıb-qurdunu¬çıxarma, qusdurub-burnundangətirmə, nəticəsiz-kötücəsiz-yadıcasız, başmaqseyrinə¬çıxma və s. Belə uzun sözlərin hesabına dilimiz Ginnes kitabına düşə bilər.
Lüğətdə “-çı, -çi, -çu, -çü” şəkilçilərinin artırılması ilə düzəldilmiş süni və məntiqsizsözlər vardır: çalanşı, nökərçi, çaparçı, dustaqçı, qumbaraatançı, ilkinçi, ağırlıqçı, ikiilçi,peşəçi, poçtçu, ucuzçu, köməkçilik, kasıbçılıq, məəttəlçilik, mehribançiliq, naməhrəmçilik, narahatçılıq, narahatçılıqgətirən və narahatçılıqgətirmə (son 3 söz lüğətdə olmayan “narahatçı” sözü əsasında yaradılmışdır), “özümçülük” (lüğətdə olmayan “özümçü” sözündən düzəldilmişdir). “Bıçaqçılıq” sözündən əvvəl onun peşəkarının adı -- “bıçaqçi” sözü yazılmalı idi. “Boqomilçilik” sözünün əsasını təşkil edən “boqomil” və “boqomilçi”sözlərinin özü lüğətə salınmayıb. “Herbariçilik” sözü var, amma “herbariçi” yoxdur. “Rəmmal” və “məddah” sözləri iləmüqayisədə“rəmlçi” və “mədhçi” qondarma sözlərdir. Görəsən, tərtibçi “ərəbçi” və “ərəbçilik” sözlərini hansı mətndən və ya hansı lüğətdən əxz etmişdir? “Malakeş” varsa, “malaçı” nəyə lazımdır? “Qumbaraatançı” sözlərindəki “-çı” şəkilçisi yamaqdır. “Qranat” ruscadır və ondan “düzəldilmiş” 3 söz ruscadan kalka yolu ilə tərcümə edilmişdir. “Qırıqçı”, “qıtıqçı”, “qoltuqçu”, “mahnıçı”, “barmaqçı”, “gülləçi” (türk dilindədir və dilimizdə“yadroitələyən” mənasındadır), “qülləçi”, “içkiçi”, “peşəçi” və s. sözlər təəccüb doğurur.







Görəsən, “doqqazçı”, “şıllaqçı”, “qarçı”, “palçıqçı”, “qaragünçü”, “tikançı”, “ağırlıqçı”, “meteoritçi”, “qıjovçu” (“qıjov”- “şırıltı ilə axan su” deməkdir), “daşınıqçı”, “daşıqçı”, “iclasçı”, “ikiilçi”, “koridorçu” kimi “peşəkarlar” hansı sahələrdə çalışıb gündəlik rüzularını qazanırlar? Nə yaxşı ki, “dumaçı” sözü olan bir lüğətə “radaçı”, “seymçi”, “parlamentçı” və c. sözləri də daxil etməyiblər.
Ayrı-ayrı sözlərə yazılmış izahlarda da uyğunsuzluqlar vardır. Sonunda “-lar, -lər” şəkilçiləri olan xalq, tayfa, sülalə, hərəkat bildirən sözlərdən sonra izahedici xalq, tayfa, sülalə, hərəkat kimi izahedici sözlər heç də bu qəbildən olan bütün sözlər üçün yazılmamışdır. Elə izahlar vardır ki, orfoqrafiya lüğəti üçün yaramır: bəzətməli, bəzətməsi olan, bəs etmək, bəsdir,sanlı qoz(?), bambuk,ağac (botanika elmi sübut edir ki, bambuk ağac deyil, otdur) və s.“Napoleon, pirojna” sözünün nə olmasına heç bir şəkk-şübhə qalmır. Lakin heç bir izah yazılmamış və kiçik hərflərlə verilmiş xüsusi isimlər olan “kleopatra”, “kromvel”, “linkoln”, “henri”, “mannerheym”, “nernst”, “bremsqberq”, “majino” və s. sözlərin nəyi bildirdiyi məlum olmur.Belə çıxır ki, həmin xüsusi icimləri dırnaqlardan təcrid edib və kiçik hərflərlə yazıb lüğətə daxil etmişlər. “Pişik” sözü əsasında çoxlu mürəkkəb söz yaradılmışdır. Onların ikisinə “ot”, ikisinə “bitki” izahı yazılmışdır. 5 sözə isə heç bir izah yazılmamışdır. Lakin hiss edilir ki, onlar da botanika terminidir.
Bir çox sözlərə isə hökmən izah yazmaq lazım idi: ahənrüba, kompas, ayıbalası, kərpic, ayaqçı, saqi; çərçi; kuryer, vayfay, naqilsiz internet, barbi, oyuncaq, yatağan, ilan;türk qılıncı, sıraca, donuz xəstəliyi, məsihi, xaçpərəst, xəlic, körfəz, tumcar, çəltik şitili, tapan, k.t. aləti, məmat, ölüm, qarasevda, xəstəlik, çayan, əqrəb, quşqonmaz, qulançar, qrivna, pul vahidi, qaranal, nalsız at, rəcəz, əruz bəhrlərindən biri, kufi, xətt, sari, hind milli geyimi və c.
“Lüğətin quruluşu”nun 8-ci bəndində belə bir hökm verilir: “Omonimlər ayrı-ayrı sözlər kimi deyil, bir söz kimi verilir”. Lakin lüğətdə “barı; hasar, heç olmasa, aya, əlin içi; görəsən kimi sözlər vardır. Yaxşı olardı ki, axmaq, gic; suyun hərəkəti, barmaqçin, üzük; əkinçilik aləti, misri, qılınc; aşıq havası, səfər, vizit; hicri təqviminin ayı, məsihi, xaçpərəst; muğam dəstgahlarında şöbə və s. izahlar veriləydi. Uğursuz izahlar vardır: süzüb-baxma, gözlərini, narahatolan kimi, çax-çux, məcazi, dişi-dırnağı ilə və s. Lüğətdə “kefdə-damaqda olmaq”, “dilə-ağiza düşmək”, “heçə-puça çıxarmaq”, “ürək-köbəyi düşmək”, “ömrü-ömrə calamaq”, “nala-mıxa vurmaq” və s. kimi külli miqdardasözlər vardır. Əslində onlar söz birləşmələridir və onlardan sonrakı izahedici sözlərdən əvvəl vergül yazmaq mümkün deyildir.Deməli, onları lüğətə salmaq lazım deyildi. Bunlardan əlavə, lüğətə salınmış “su-elektrik stansiyası”, “təbii-arid torpaq”, “uçot-məlumat aparatı”, “konkret-iqtisadi vəziyyət”, “elektron-hesablayıcı maşın” və s. kimi çoxlu sözlər vardır. Əslində onlar təyini söz birləşmşləridir və izahedici sözlərdən əvvəl vergül qoymaq olmaz. Deməli, onların hamısı orfoqrafiya lüğətinə salınmamalıydı.“Özüyıxılan ağlamaz”, “xəzinə-xəzinə yatırı var”, “öldüsü-qaldısı məlum deyil”, “ayaqtutdu yoxdur”, “özaramızda qalsın” və s. kimi sözlər isə izahedici sözlərin kursivlə yazılmasına baxmayaraq, əsl cümlədirlər və lüğətə sallnmamalıydı.
Çox qəribə izahlar vardır: boloni, boloniya, dayday, dayı, laylay, bala laylay, laş, laşə, laşə, laş, dönək, dönük, dazotu, dazı, çax-çux, məcazi, bəs etmək, bəsdir, kafeşantan, kefxana,deyə, qoşma (“deyə” sözü nə vaxtdan qoşmaların sırasına daxil edilib?), saysızlıqla, seçilməkvə s.
Konkret olaraq, iltisaqi dillər, xaşa, paxlalı bitki, xəlic, körfəz, qulançar, bitki, həkəm, arbitr, rahdari, yol vergisi, qold(-lar), nanaylarin keçmiş adı, yanşaq, aşıqvə s. izahları yazılsaydı, daha anlaşıqlı olardı.“Karvanqıran, ulduz” sözünün izahı qaneedici deyildir. Əvvəla, “Karvanqıran” Venera planetidir və planet kimi xüsusi isimdir, yəni orfoqrafiya lüğətinə salınmamalı idi. Bu sözün birinci hərfini kiçik hərflə yazıb, ona“bitki” və “dağlardan əsən külək” kimi dalbadal 2 izah əlavə etmək olardı.
Bizim lüğətimizdə “pəpədeyəndən-kökəyeyənəcən”, “pəpəyeyəndən-kökədeyənəcən”, “məməyeyəndən-pəpədeyənəcən”, “məməyeyəndən-pəpəyeyənəcən” sözlərinin heç biri məntiqə uyğun deyildir. Bu məqamda “məmə!” deyib qışqıranlardan pəpə yeyənlərə qədər bütün körpələr nəzərdə tutulur. Deməli, həmin məfhum “məmədeyəndən-pəpəyeyənəcən” şəklində ifadə edilməlidir. O biri ifədələr məntiqsizdir və orfoqrafiya lüğəti üçün yaramır.
Lüğətdə eyni bir sözün 2 dəfə yazılışına da rast gəlmək olur. “Cıqqa”, “ilhamlanma”, “laysız” sözləri cəmisi bir neçə sözdən sonra təkrar edilmişdir. “Qırverən” və “qırvermə” sözləri isə 409-cu və 412-ci səhifələrdə verilmişdir.Bəlkə də dünyanin heç bir dilindəbir mürəkkəb sözdə 3 defis işarəsi işlədilmir. Biz isə icad etmişik: kor-kor-gör-gör, him-cimləşə-him-cimləşə.
Rusca olan bir sıra sözlərə öz şəkilçilərimizi artırıb söz düzəltmiş və lüğətə daxil etmişlər: daniyalı(-lar), gilyak(-lar), semit(-lər). Halbuki lüğətdəki “danimarkalı(-lar)”, “gilək- (-lər)”, “sami(-lər)” sözləri onları tamamilə əvəz edir. Çox qəribə səslənən “abyeşik” və “abyeşiklik” sözləri, deyəsən, rus dilindəki “obyezdçik” sözündən düzəldilmişdir. “Amfiarktik” və “amfiatlantik” sözləri, bəlkə də, “antiarktik” və “antiatlantik” sözlərinin səhv yazılmış formasıdır. Rus dilindən alınmış “şosse” və “kassasiya” sözlərinin son vaxtlar inadla bir “s” hərfi ilə yazilması təəccüb doğurur. Bu iki sözün “kassa” və “şassi” sözləri ilə müqayisədə hansı “günahı” olmasını başa düşmək olmur.
Əvvəlki nəşrdən fərqli olaraq dünya dillərinin adlarının “ingilis dili”, “rus dili” və s. yazılışı əvəzinə “ingiliscə”, “rusca” yazılışı forması qəbul edilmişdir. Lakin bir məsələni unudublar: bu qaydanı oksidental, volapyuk, idokimi süni dillərə tətbiq etmək çətin olacaqdır. Lakin nədənsə, “fincə” sözündən sonra “danışmaq” kimi izah yazmağa məcbur olmuşlar. Tərtibçilər yeni dillər “kəşf etmişlər”: dünyada heç kim əfqanca, acarca, meksikanca, melaneziyaca, molokanca danışmır, yəni ümumiyyətlə belə dillər mövcud deyildir. Fironca və misircə heç bizim eradan əvvəl də danışmayıblar. Hətta “abaza dili” və “abazca” kimi ikivariantlıq da vardır. Görünür, “kuşit, dil”, “qucarat, dil”, “makedoniya, dil” və “nax, dil” sözlərini “kuşitcə”, “qucaratca”, “makedoniyaca” və “naxca” şəklinə salmaqdan çəkiniblər. Lüğətdə həm “hollandca”, həm də “niderlandca” sözləri vardır. Belə çıxır ki, Niderland Krallığının rəsmi dilinin 2 rəsmi adı vardır. Dəqiqləşdirmək lazım idi. “Slavyandilli”, “ispandilli”,“roman dilləri” sözləri lüğətdə yoxdur.Nəyə görə “rusdillilik” və “türkdillilk” sözləri olan bir lüğətdə “ingilisdillilik”, “ispandillilik”, “ərəbdillilik” sözləri yoxdur? Nə üçün “fransızdillilik” sözünü “fransızdillik” şəklində yazmağı tövsiyə edirlər? “Farsdilli” və “farsdillilik” sözləri olan yerdə “irandilli” və “irandillilik” sözlərini “icad etmək” nəyə lazım idi? “Çincə” sözü var, amma “çinli(-lər)” sözü yoxdur.
Ayrı-ayrı sözlər həm mahiyyətinə, həm də quruluşunagörə təəccüb doğurur:azdişicikli, yarimpapaq, yarimsaqqal, yarımpauza, yarımçox, evdamı, qələtbaşı, qayaevcik, quyruğatərəf(?), qanaüstü(?), düznəqulu, düznəqululuq, köynək-corab(!), kazan(-lar), kərkük(-lər), ikisaçlı, qətrəümid, azmetrajlı, xırdametrajlı (məgər “qısametrajlı” sözü kifayət deyildi?), qeyri-belə, qeyri-düzünə, pozğunçiçəyi, fakıt (?), şimal-cənubi(!?) (sonuncu mürəkkəb sözü geodeziya, coğrafiya və topoqrafiya elmlərində ”yenilik” hesab etmək olar), yetimdar, qadıncasına (amma “kişicəsinə” sözü yöxdur), türkcəsinə (nədənsə, “azərbaycancasına”, “ruscasına”, “ərəbcəsinə” və s. sözlər yoxdur), ağacbiçən, ağacbiçmə (otu biçmək olar, ağacı budayarlar), zooleksem, kuba-qayığabənzər və s.
“Lüğətin quruluşu”nun 4-cü bəndində göstərilən “ələvi, bitki” sözü lüğətdə yoxdur. “Orfoqrafiya qaydaları”nın 15-ci bəndinə “dilemma”, “truppa”, “tratta”, “ariyetta”sözlərini də əlavə etmək lazım idi. Rus dilindən alınmış “antenna” sözünü “anten” və “antenli” sözləri şəklində yazmaq məsləhət görülür. Bizim lüğətdə isə “teleantena”, “teleantenaquran”, “teleantenaqurma”, “dor-antena” sözləri vardır.Məlumdur ki, Karfagen sərkərdəsi Hannibalınadamyeyənliklə heç bir əlaqəsi olmamışdır. Lüğətdəki “hannibal” və “hannibalizm” sözləri başqa dillərdə də yoxdur. Həmin sözlər məhz “kannibal” və “kannibalizm” şəklində olmalıdır.
Çox təəccüblüdür ki, “boyluluq-hamiləlik”(?) sözünü lüğətə daxil edən şəxs bu mürəkkəb sözün sonuna 2-ci defis yazıb “ikicanlılıq” sözünü də əlavə etməyib.
Çoxlu süni sözlər vardır: nöqtəşəkilli (nöqtənin özü nədir ki, onun müqayisə üçün şəkli də olsun?),pardaxdoğrayış, neçəliyibəlli,neçəliyibilinmə, nəçiliyibəlli, nəçiliyibilinmə (nədənsə, “kimliyibəlli” və “kimliyibilinmə” sözlərini “yaratmağı” unudublar),kinoxor,kimsənəli,yeməməz,yoltikən, yolköçürən, yolquraşdıran (“yolçəkən” sözünü isə unudublar),durdurmaq (“dayandirmaq” sözü varsa, bu süni sözə və ondan düzəldilmiş daha 3 sözə heç bir ehtiyac yoxdur), dənizcik, muğamçalma, muğamçalan (muğamı oxuyurlar, ifa edirlər), çoxxalqlı, seviniş, sevinişmə, sevinişmək, verişmək, müyəssəretmə, hissiyyatpərvər, poladlana-poladlana, düyüçü, düyüçülük, toxuda-toxuda və s. Məntiqə sığmayan sözlər vardır: yeyilməyədavamlı, yeyilməyədavamlılıq, yeyilməyədözümlü, yeyilməyədözümlülük, yeyilməyədözməvə s.
Lüğətdə “bel-oma kələfi” sözü var, amma ayrıca “oma” sözü yoxdur. Bununla belə, tibb elminin qəbul etmədiyi “omba”və ondan düzəldilmiş 9 mürəkkəb söz vardır. “Tekst” sözü lüğətə salınmayıb. Lakin onun əsasında düzəldilmiş “tekstologiya”, “tekstoloq” və “teletekst” sözləri vardlr. Görünür, “Ceyranbatan suyu” sözünü lüğətə daxil edən tərtibçi“Kür suyu”, “Araz suyu”, “Samur suyu”, “Xəzər suyu” sözlərini lüğətə salmaq üçün o birisi tərtibçiləri razılığa gətirə bilməyib.
Tələffüzü ağır sözlər vardır: çəpliklik, çəpliksizlik,xəstəliklik, üzlüklük, oyuqluluq,yemlilik,sərttüklülük, işlilik, ilıqlılıq, kürlüklük, çoxbölgülülük, çoxbucaqlılıq, çoxsümüklülük, çoxülgüclülük, çoxölçülülük, çoxbölümlülük, çıxıntılılıq, sökük-tikiklik, ütük-dürtüklük, ütüklük-dürtüklük və s. “Belsapılılıq” sözündənsə, “belsapılıq” daha münasib deyilmi?
Dilimizdə bir sözdə 4 samitin dalbadal gəlməsi məqbul sayılmır. Çünki onların tələffüzündə çətinlik yaranır: semestrqabağı, semestrsonu, marksçı, fastfsikul, versthesabı, bernşteynçi, bernşteynçilik, jonqlyor, jonqlyorluq, transqressiya, tembrli, tembrsiz, kalandrçı, substratosfer, dekstrokardiya, substrat,tekstrop, ekstra, endşpil, instrumental, ansambllıq, mstyora (bu sözün isə lap əvvəlindən 4 samit gəlir!) və s. “Marksçı” sözünə “-cəsinə” sonluğu artırmaq olmur, daha doğrusu, çətin tələffüz edilən söz yaranır. Lakin asanlıqla “marksistcəsinə” sözü yaratmaq və tələffüz etmək mümkündür. Bizim lüğətdə hətta 5 samitin dalbadal gəldiyi sözlər də vardır: anqstrem, landsknext, poststrukturalist və poststrukturalizm.
“Ürəkağrısından” sözü olan bir orfoqrafiya lüğətində “başağrısından”, “gözağrısından”, “boğazağrısından”, “qulaqağrısından”, “qarınağrısından”, “ayaqağrısından” və s. sözlər də olmalı deyilmi? “Bəndəniz, mən” sözünü lüğətə salıblarsa, “cənabınız, siz” və “həzrətləriniz, siz” sözlərini də daxil etməli idilər. “Birçəksaxlayan” sözü varsa, “saqqalsaxlayan” sözü də olmalı deyilmi?
Dilimizdə əsli ərəbcə olan “sultan” və “sultanlıq” sözləri ilə bərabər “soltan” və “soltanlıq” sözləri də işlədilir. Ərəb dilində “o” hərfi və səsi yoxdur. Ona görə də 1-ci cütlüyə üstünlük vermək lazımdır. “Orfoqrafiya qaydaları”nın 33-cü bəndindəki “Soltan Mahmud” sözünə təəccüblənirsən. Burada Türkiyənin bu sultanının adını təhrif etməyə heç bir lüzum yox idi.
Yalnız ayrı-ayrı adamların istifadə etdikləri sözlər də lüğətə yol tapa bilmişdir: müsəlmanca, ümumiyyətcə, man saymaq, sənölvuran, sənöldeyən, pisedən, pisetmə, loruca, pula vermək,sanamaq, sürçək, qoyuneşşəyi, qəlibtökmə (qəlibi tökmürlər, nəyi isə qəlibə tökürlər), epeynicə, meşə-orman, qarnıboğaz, qarnıboğazliq, qarnışişiklik, qoşun-keşdi, biş-düş, biş-düşetmə, möhrüm olmaq,şən-şöhrət, şən-şöhrətli, şən-şövkət, şən-şövkətli, şən-şərafət, şən-şərafətli, tuşqullamaq, töyşünmək (töyşümək” sözü isə lüğətə salınmayıb), tıxmaq, basmarlayıb-yemək, təfçimək (onun əsasında “yaradılmış” daha 3 söz vardır, halbuki “təpçimək” sözü lüğətdə vardır), dalın-dalın getmək,gurumguppaz, katta, kattalıq, artıcaq, bıçqıbalığı (ədəbi dilimizdəki “mişarbalığı” sözü onu tam əvəz edir), puldartma, atöyrədən (bundansa “attəlimçisi” dapa düzgündür), rayonbaz, dördqulaq yaba, üzgörəçilik, üzgörümçəyi, gözgörəti və s. Görəsən, “hunçu” və “hunçuluq” sözlərinin kimlərə aid işləndiyi məlumdurmu?
Əgər tərtibçi “çezmək” sözünün mənasının ədəb dairəsindən kənar söz olduğunu bilsəydi, yəqin ki, həmin sözü və onun əsasında düzəldilmiş daha 8 sözü lüğətə salmazdı. Çox ehtimal ki, onun əsli ermənicədəki “çezala” sözündəndir. “Xosun” və onun əsasında düzəldilmiş daha 4 sözün əsasını “danışır” mənasını verən “xosuna” erməni sözü təşkil edir. “Asma” sözünə “sallama” izahı yazmaq lazımdır ki, oxucuda onun ermənicə “guya” mənasını verən və bir vaxtlar yalnız danışıqda işlədilən “asma” sözü olmadığına əminlik yaransın. Lüğətimiz “baqrati(-lər)”, “arşaki(-lər)” sözləri olmadan da keçinə bilərdi. “Andıraqalmış” sözünün “andır” hissəsininermənicə ədəb dairəsindən kənara çıxan söz olduğunu bildirənlər də vardır. “Lori(-lər)” sözündön sonra “quşlar fəsiləsi”, “meymunlar fəsiləsi” izahları yazmaq lazım idi ki, bu sözün Ermənistandakı bir məntəqədə yaşayan əhalinin adı olması təxmin edilməsin. “Qusan” sözü isə ermənicə bizim “aşiq” mənasındadır.
“Allah”, “Quran haqqı”, “müsibəti-Kərbəla” (XIX əsrdə belə deyirdilər, indi “Kərbəla müsibəti” yazirlar), “talmud”, “tövrat” (son iki sözün 1-ci hərfləri böyük yazılmalıdır) sözləri orfoqrafiya lüğətinə salınmamalı idi. Habelə “bayatı-əcəm”, “bayatı-hicaz”, “bayatı-isfahan”, “bayatı-qacar”, “rast”, “rəhab”, “rəhavi” və ümumiyyətlə bütün muğamların və onların şöbələrinin adları əbəs yerə dırnaqlardan təcrid edilib kiçik hərflərlə verilmişdir. Onlar əsər adlarıdır və xüsusi isimlərdir, yəni orfoqrafiya lüğətində olmamalıdır.
“Görünür”, “görəsən”, “görən”, “görək”, “tutalım”, “ver-al”, “gəl-get”, “vur-çatlasın”, “çal-çatlasın” və s. kimi bu qəbildən olan sözləri, bir qayda olaraq, orfoqrafiya lüğətinə daxil etmirlər.“Səndemə”, “deyəsən”, “deməyəsən”, “yoxdemə”, “yoxdeyən” və s. orfoqrafiya lüğətinin materialı deyildir. Əgər “vərəqpara” sözü “kağız pul” mənasındadırsa, o bizə lazım deyildir.
Bəzi sözləri dilimizin məntiqinin xilafına olaraq düzəltmişlər. Məsələn, “axtalaşma” və “axtalaşmaq” sözlərindən belə aydın olur ki, kimsə öz-özünə, təbii şəkildə “axtalaşıb”. Bütün dövrlərdə bu əməliyyat zorla, cəza kimi həyata keçirilib, yəni kimi isə zorla axtalayırlar. ”Abadanlaşmaq”, “kodlaşmış”, “əhliləşmiş”, “operalaşma”, “sertifikatlaşma” və s. sözlərdəki “-laş” və “-ləş” şəkilçiləri həmin hərəkətlərin təbii şəkildə, yəni kənardan heç bir təsir olmadan baş verdiyini göstərir ki, bu da mümkün deyildir. Həminsözlərə “-laş” və “ləş” şəkilçilərindən sonra müvafiq olaraq“-dırılmış” və “-dirilmiş” şəkilçilərindən birini artırmaq lazımdır. Lüğət- dəki “korrektəolunma”, “işğalolunma”, “istehsalolunma”, “sünnətolunma”, “koordina- siyaolunma” və s. sonu “-olunma” və “-olunmaq” sözləri ilə qurtaran bütün sözlər dilimizin məntiqilə uzlaşmır. Çünki Azərbaycan dilində onsuz da təsirsiz feil olan “olmaq” feilinə “-un” şəkilçisi əlavə edib onlardan təsirsiz feil düzəltmək məqbul sayılmır. Bu halda “etmək” təsirli feilindən istifadə etmək lazım idi. Lüğətdəki “daralınlı”, “dardöşlü”, “darplyonka”, “darzolaq”, “daryarpaq”, “darsağrı”, “darsinə”,” darqələm”, “darqanad”, “darxətli” və s. sözlər dilimizin məntiqinə uyğun gəlmir. Bunun üçün “ensiz” təyinindın istifadə etmək olardı. Görünür, onlar ruscadakı “uzko” sözündən kalka edilmişdir. “Desantçıxarma” sözü “desantatma”, “desantdüşürmə”, “desanttökmə”, “desanttullama” kimi süni sözləri tam əvəz edir. “Oper-ştrumbann-fürer”, “ober-ştrumfürer”, “orto-kuzen”, “xozeyin”, “paxar(-lar)” sözləri bizə çox lazim idi?! Bu sözlər heç “Rus dilinin orfoqrafiya lüğəti”ndə yoxdur.
5-ci nəşrdəki “kanonerka”, “karaim(-lər)”, “karaimcə”, “krevetka(-lar)” sözləri əbəs yerə “kanonerçə” (!), “qaraim(-lər)”,“qaraimcə” və “krevette”(?) şəklinə salınmışdır.
95, 154, 184, 285, 530, 553, 729, 762 səhifələrdə sözdaxili əlifba ilə düzülüş qaydası pozulmuşdur.
Lüğətə əlavələr barədə də iradlarım vardır. Əlavə 1 səriştəsiz və çoxlu səhvlərlə tərtib edilmişdir. Hamam, məscid, məbəd, abidə, mineral su, mineral su bulağı, mineral bulaq, qala, xırman, türbə, sinklinorium, xanəgah, antiklinorium, qırışıqlıq kimi sözlər nə vaxtdan coğrafi obyektlər hesab edilir? Gəncə şəhəri siyahıda yoxdur. Burada “Şabran rayonu” da var, “Dəvəçi rayonu” da. Ruslar lap çoxdan Sverdlovsk şəhərinin adını dəyişdirib Yekaterinburq etmişlər.
Əlavə 2-də lap çoxdan dəyişdirilmiş Birma (indi Myanma adlanır), Bombey (Mombay), Fil Dişi Sahili (Kot Divuar), Çernoqoriya (Monteneqro) kimi keçmiş coğrafi adlar getmişdir. Kəlkük, Kemerova və İvanova coğrafi adları isə Kərkük, Kemerovo və İvanovo şəklində olmalıdır. Everesti lap çoxdan Comolunqma adlandırmırlar. Bəzi adların yazılışında orfoqrafik səhvlərə yol verilmişdir. Kabo-Verde, Burkina-Faso, Eritreya, Cibuti, Niger və s. kimi dövlətlərin adları unudulmuşdur. Hollandiya və Niderland adlarından yalnız birini – dövlətin rəsmi adini saxlamaq lazım idi.
Vaqif, Məhsəti, Füzuli, Nizami, Məhərrəm və s. kimi respublikamızda geniş yayılmış adlar Əlavə-3-ə salınmamışdır. Qulu, Tapdıq, Telman (alman familiyasıdır), Tacir kimi məqbul sayılmayan adlar isə əbəs yerə siyahıya daxil edilmişdir. Adnan adı isə bizdə çox nadir adlardandır və o, “Ədnan” şəklində yazılmalı idi.
Əlavə 4-də “Dünyada daha çox işlənən şəxs adları” siyahısındakı adların çoxunun məhz dünyanın hər yerində daha çox işlənməsi məsələsinin özü mübahisəlidir. “Marusya”, “Saveliy”, “Çandrika”, “Rabindranat”, “Şota”, “Tinatin”, “Valdemar” və s. adları konkret bir ölkədə belə geniş yayılmış adlar hesab etmək olmaz.“Vasili” və “Georgi” kimi bir çox rus adlarının sonundakı “y” hərfinin dilimizdə də saxlanılması təklif edilir. Bu təklif “Orfoqrafiya qaydaları”nın 7-ci bəndinin tələbinə xilafdır. Həm də bu özü mübahisəli məsələdir. Lakin Əlavə 4-ün özündə belə bu qayda Qriqori və Yevgeni adlarına tətbiq edilməmişdir. Bundan əlavə, “ssenari”, “profilaktori”, “planetari”, “sanatori” kimi sözləri necə yazmaq barədə bir təklif verilmir. “Vasiliylər”, “İnnokentiylər”, “Mayakovskiylər” necə səslənir? Yaxud, “Mayakovskiy” adının ismin adlıq halından başqa qalan hallarinda necə tələffüz etmək lazım olduğunu nəzərə alıblarmı? Həmin qaydanın Mirnı, Qroznı, Smolnı, Nijni-Novqorod kimi yer adlarının yazılışına tətbiq edilib edilməyəcəyi barədə məsləhət verilmir. “Liza” rəsmi ad deyildir və onun rəsmi forması olan “Yelizaveta” adını isə 2 “t” hərfi ilə yazmağı tövsiyə edirlər. Bəzi adların yazılışı mübahisəlidir.
Əlavə 5-də rəsmi idarə və təşkilat adlarının çoxunun yazılışı mübahisəlidir. “Azərbaycan Respublikası” sözləri ilə başlanan təsisatların adlarındakı“Respublikası“ sözləri “Respublikasının” şəklində yazılmalıdır. Yaxud da “Azərbaycan Respublikası Prezident Administrasiyası” dəqiq ad deyildir. Bu həm də rəsmən qəbul edilmiş addan fərqlənir. Məhzburada “Prezident” sözü hökmən “Prezidentinin” şəklində yazılmalıdır.
Əlavə 6-dakı “Beynəlxalq təşkilat adlari” səhifəyarimdan da az yer tutur və bu şəkildə o heç kimə lazım deyildir. Əlavə 7-də “Dünya ölkələrinin pul vahidləri” siyahısı cəmisi 54 ölkəni əhatə edir və məhz burada onun başlığında “bəzi” sözünü işlətmək yerinə düşərdi.
Son vaxtlar rus dilində tərtibçilərinin göstərilmədiyi, amma müxtəlif redaktorların başçılığı altında yaradıldığı göstərilən bir neçə orfoqrafiya lüğəti buraxılmışdır. S.İ.Ojeqov, Pospelov, V.V.Lopatin, İ.M.Stronskaya, V.V.Burtseva,D.E.Rozental və başqalarının redaktorluğu ilə sanballı orfoqrafiya lüğətləri buraxılmışdır. Bu lüğətlər bir-birindən fərqlənsə də, geniş mübahisələrə səbəb olmur. Bizdə də belə bir cəhd göstərməyin vaxtı çatmayıbmı? “Bitişik, defislə, yaxud ayrı yazmalı?” adlı lüğətin nəşrinə də cəhd etmək olar.
Dilimizi öyrənən əcnəbilər, rusdilli vətəndaşlarımız “davamlılıq”, “yemçilik”, “doğruçuluq”, “döyüşçülük”, “balıq”, “kəklik”, “topuq”, “küçük” isimlərini, habelə “almaq”, “getmək” kimi feil məsdərlərinin ismin yiyəlik halında yazılışında çətinlik çəkirlər. Bu qəbildən olan bütün sözlərdən sonra vergül yazıb birinci hərfi dəyişmiş şəkilçiləri də yazılsaydı, yaxşı olardı. Məsələn: “davamlılıq, -ğın”, “yemçilik, -yin”, “doğruçuluq, -ğun”, “döyüşçülük, -yün”, “balıq, -ğın”, “kəklik, -yin”, “topuq, -ğun”, “küçük, -yün”, “almaq, -ğın”, “getmək, -yin” və s. Bu qayda bir çox dillərin orfoqrafiya lüğətlərində uğurla tətbiq edilir.
Hər bir nəşrdən əvvəl orfoqrafiya lüğətinə yeni söz daxil etmək üçün çox sərt və dəqiq tələblər qoyulmalıdır. Əks təqdirdə dilimizi “zənginləşdirmək” iddiasında olanların sayı çoxalacaqdır.

Eldar MƏMMƏDOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163