Olimpiada qalibləri ilə görüş keçirilib

Olimpiada qalibləri ilə görüş keçirilib

Cəmiyyət
22 Aprel 2015, 11:50 1297
Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüş keçirilib. Binəqədi RİH başçısının müavini Aygün Əliyeva məktəblilərin respublika fənn olimpiadasında tarix fənni üzrə yüksək nəticələr göstərərək qaliblər sırasında yer almış rayonun 182 saylı tam orta məktəbinin şagirdləri, gümüş medal qazanmış İsayeva Səbinə və bürünc medala layiq görülən Məmmədov Ruslanla görüşüb. Məktəblilərə RİH başçısının təbrikini çatdıran Aygün Əliyeva ölkə miqyaslı bu olimpiadada öz bilik və istedadlarını nümayiş etdirərək uğur qazanan məktəblilərə xoş arzularını bildirib.
Görüşdə vurğulanıb ki, Prezident İlham Əliyevin birbaşa diqqəti və dəstəyi ilə təhsil üçün yaradılan şəraitin, təhsilin tərəqqisi üçün görülən işlərin məntiqi nəticəsi məhz belə uğurlarda öz təcəssümünü tapır.
Sonda məktəblilərə Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Kaspi.az